Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Facebookun Füzulisi


Mirmehdi Ağaoğlu yazır


Bir neçə gün əvvəl internetdə bir kəps çıxdı qarşıma. Kəpsdə Füzulinin adından belə bir sitat vardı: Talehə sitəm eləmə. Sən nə vaxt buğda əkdin də arpa dərdin?
 
Əvvəlcə onu deyim ki, Füzulini bizə heç vaxt doğru yöndə tanıtmayıblar. XXI əsrdə yaşayırıq, hələ də məktəbdə “Padişahi-mülk, dinarü dirəm verib/Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri” şeirini öyrədirlər. Əlimi vicdanıma qoyub əminliklə deyərəm ki, bunu heç ədəbiyyat müəllimlərinin çoxu tam aça bilmir.
 
Di gəl ki, məktəblilərə əzbərlədirlər. Bəlkə də əlli ildir ki, belə gəlib, belə gedir. Füzulini bu üsulla tanıyan adam da, sonra ondan qaçaq düşür, çünki başa düşməyib. Əzbərləyib. Ona görə də bizimkilər elə yalandan “Füzuli böyük şairdir” deməkləri var, əslində onun heç bir beytini də anlamırlar.
 
Türklər bu baxımdan çox yaxşıdırlar. Qəzəlin, beytin mənasını, asan, çağdaş dillə yazırlar, onu çatdırmağa çalışırlar. Camaat da rahat başa düşür.
 
Gələk kəpsimizə. Bilmirəm, bu beyt Füzulinindir ya yox, Füzulinindirsə hansı qəzəlindəndir. Amma bir şeyi əminliklə deyə bilərəm ki, olduqca dərin, müdrik fikirlərdir.
 
Həqiqətən.
 
Nə qədər taleyimizdən, bəxtimizdən şikayət edəcəyik? Bəlkə təqsir özümüzdədi? Axı nə vaxt buğda əkdik ki, indi arpa biçdiyimiz üçün şikayət edirik? Əkəndə baxmışdıqmı nə əkirik, arpamı, buğdamı?
 
İnsan taleyini, alın yazısını şahmat oyununa bənzətmişəm. Elə adam var ki, şahmatda ancaq bir gedişi görə bilir, eləsi də var on gedişi əvvəldən müəyyənləşdirir. Bəlkə Tanrı da hələ on nəsil əvvəldən bizim hansı gedişləri edəcəyimizi görür, bilir. Elə bil, meşədə itmisən, biri də vertolyotdan baxıb sənə deyir ki, filan cığırla getsən qarşına ayı zağası çıxacaq, o biri ilə getsən bulaq görəcəksən. İstər buna öncəgörmə de, istərsə də alın yazısı. İndi atdığımız addımın sabah taleyimizə təsiri var.
 
Bethovenin atası onu döyməsəydi bəlkə dünya doqquzuncu simfoniya ilə tanış olmayacaqdı.
 
Burda başqa bir atalar sözü də yada düşür. Nə əkərsən, onu da biçərsən. Deməli, üzülməyə, taleyə sitəm etməyə, bəxtimizi qınamağa dəyməz, bu gün dərdiyimiz meyvələr dünən əkdiyimiz toxumlardı.
 
Nə isə.
 
Keçənə güzəşt deyərlər.
 
Heç olmaya bundan sonrasına diqqət edək. (kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar