Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Facebook 2 şəxsin ciddi münasibətə başlamasını 100 gün öncədən bilir


Facebook statistikasına əsasən iki istifadəçinin ciddi münasibətə başlamasını, həmin münasibətin başlamasından öncə bilmək olur


PİA.AZ technote.az-a istinadən xəbər verir ki. 2014-cü ildə Facebook-un data mütəxəssisləri bu mövzu ilə əlaqədar öz müşahidələrini aparıblar. Facebook mütəxəssisi Carlos Diuk-un sözlərinə əsasən, iki insan arasında ciddi münasibət başlayan zaman onlar bir-birilərinə fikir verməyə başlayırlar. Nəticədə hər iki şəxs, sosial şəbəkədə daha çox paylaşım edir. Onlar rəsmi şəkildə ciddi münasibətə başlayandan sonra isə bu paylaşımların sayı azalır. Bu, onunla əsaslanır ki, çox güman həmin iki şəxs real həyatda bir yerdə daha çox zaman keçirtmək arzusunda olurlar. Diuk bu barədə daha dəqiq Facebook statistikasını təqdim edib. "Ciddi münasibətlərin başlamasından öncəki ilk 100 gün ərzində yavaş olsa da iki şəxsin bir-biri ilə müxtəlif paylaşımları bölüşmək tempi getdikcə artır. İlk ciddi münasibət başlayanda, sosial şəbəkədəki paylaşımların sayı azalır. Belə ki, münasibətin başlamasına 12 gün qalmış gün ərzində edilən paylaşımların sayı 1.67-ə düşür. Ciddi münasibətin başlamasından 85 gün sonra isə bu göstərici 1.53 civarında olur. Çox güman ki, həmin vaxtda ciddi münasibət yaşayan iki şəxs daha çox bir yerdə zaman keçirtməyi üstün tutur. Beləliklə real həyatda olan münasibət, sosial şəbəkədə olan münasibəti sıxışdırıb çıxardır", - Carlos Duik bildirib. Bütün bu məlumatlar aşağıda təqdim olunmuş qrafikdə göstərilib.
 
Facebook statistikasından ciddi münasibətlər haqqında digər məlumatları da öyrənmək olar. Məsələn, həmin ciddi münasibətlərin neçə müddət davam etdiyi və ya onların yaş və iki şəxsin dini inancları ilə necə əlaqəli olduqları haqqında məlumatları öyrənmək mümkündür. Bu müşahidə maraqlıdır. Belə ki, bizim hər birimiz sosial şəbəkədə yaranmış ciddi münasibətin şahidi olmuşuq. Diuk-un sözlərinə əsasən, ciddi münasibətlər zamanı sosial şəbəkədə olan paylaşımların azalmasına baxmayaraq onlardan hər biri daha xoş əhval-ruhiyyəli olur. Aşağıda təqdim olunmuş qrafikdə isə bu müddət ərzində baş verən bütün dəyişiklikləri görmək olar.
 
Təbii ki, paylaşımların emosional göstəricilərinin müşahidəsini dəqiq elmi araşdırma adlandırmaq olmaz. Hər-halda robotlar, paylaşımda olan sarkazmı hiss edə bilməzlər. Bununla belə təqdim olunmuş statistika böyük marağa səbəb olur. Analitiklərdən ibarət komanda, əldə olunmuş nəticələrin yaxşılaşdırılması üçün müəyyən üsullardan istifadə edib. Məsələn, statistikaya fake münasibətlərin düşməməsi üçün mütəxəssislər, 2010-cu ilin aprel ayından 2013-cü ilin oktyabr ayına kimi öz münasibətlərinin ildönümlərini xəbər vermiş şəxsləri incələyiblər. Yəni statistikaya sosial şəbəkənin münasibətlər bölməsində yalnız dəyişiklik etmiş şəxslər nəzərə alınmayıb. Paylaşımların emosional vəziyyətlərinin incələnməsi üçün isə yalnız İngilis dilində olan paylaşımlar nəzərə alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar