Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FTX “pomidor kralı” Vahid Novruzovu həbs edib


Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən həftə mayın 14-də Moskvaətrafı vilayətin Mıtişi şəhərində iri azərbaycanlı biznesmen, “pomidor kralı” kimi tanınan Vahid Novruzovu həbs edib


Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bir neçə şirkətin sahibi və 20-dən çox biznes növü ilə məşğul olan Novruzov vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.

“Pomidor kralı” Vahid Novruzov Mıtişi şəhərindəki “Bakinskiy bulvar” restoranında heyrətdən donub qalmış azərbaycanlıların gözü qarşısında saxlanılıb. Saxlanılandan dərhal sonra Rusiya İstintaq Komitəsinin Mıtişi şöbəsi tərəfindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmədə vəsadət qaldırılıb. Məhkəmə vəsadəti təmin edib və Novruzovun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.



Vahid Novruzov Mıtişi şəhərində parakəndə meyvə-tərəvəz ticarətinə nəzarət edir, şəhərdə onun onlarla (hətta ola bilsin yüzlərlə) ixtisaslaşmış mağazaları, kafe və restoranları, avtoservisi və digər kommersiya obyektləri var. Novruzov bir neçə şirkətin sahibidir. Hüquqi şəxslərin qeydiyyatı Vahid Reyestrində göstərilir ki, Novruzov Vahid Məmməd oğlunun adına  Mıtişi şəhərində fəaliyyət göstərən  “H v M” MMC, “Real-Alfa” MMC və digər bir neçə şirkət qeydiyyatdadır. Sonuncu şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğuldur.



“Pomidor kralı” Novruzovun hansı vəzifəli şəxsi rüşvətlə ələ aldığı barədə məlumat yoxdur. Amma hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, Novruzovun şəhərdəki mağazalarının, parakəndə ticarət köşklərinin əksəriyyəti qanunsuzdur və onun biznesi illərdir yerli məmurlarla, o cümlədən yüksək vəzifəli polislərlə korrupsiya əlaqələri sayəsində çiçəklənib. Bildirilir ki, hazırda  da iri ulduzlu paqonlular və ciddi vəzifələr tutan korrupsionerlər Novruzovun barəsində təhqiqatı əngəlləməyə çalışırlar.



Belə ki, Novruzovun yerli prokurorluq və polis orqanlarının rəhbərləri ilə sıx əlaqələri var. Və onun problemləri şəhər rəhbərliyinin dəyişməsindən və ticarətə cavabdeh olan məmurların yeniləri ilə əvəzlənməsindən sonra başlayıb. O da istisna deyil ki, Novruzovu sadəcə olaraq biznesini əlindən almaq üçün sıxışdırırlar.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar