Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FİFA meneceri: “Qarabağ” Qafqazın ən güclü, ən yaxşı komandasıdır”


“Komandaların son illərdəki nəticələrini və hazırkı durumunu nəzərə alsaq, “Qarabağ”ın növbəti mərhələyə adlamaq şansı daha çoxdu”


 Bu sözləri apasport.az saytına açıqlamasında gürcüstanlı FİFA meneceri David Axalkatsi deyib.

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

Baş tutacaq oyunlarla bağlı danışan Axalkatsi şansları dəyərləndirib. Menecer Ağdam klubunun daha güclü olduğunu etiraf edib: “Azərbaycan futbolunu izləməyə çalışıram. “Qarabağ” haqda məlumatım var. Bilirəm ki, Avropa səviyyəli, yaxşı komandadı. Müntəzəm olaraq, avrokuboklarda iştirak edir. Bu mənada, “Qarabağ”ı güclü rəqib hesab edirəm. Amma futbolda istənilən komandanın, o cümlədən “Samtredia”nın mərhələ keçmək şansı var. Gürcüstan təmsilçisi yaxşı taktika, ağıllı strategiya, rəqibi düzgün qiymətləndirmək, özünün üstün tərəflərindən istifadə etmək və “Qarabağ”ın zəif cəhətlərini tapmaqla mərhələ keçə bilər”.

Axalkatsi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutmuş “Qəbələ” – “Samtredia” matçlarını yada salıb. Bundan əlavə, o, “Qarabağ”ı son illərdə Qafqazın ən güclü komandası adlandırıb: “Samtredia”nın keçən mövsüm “Qəbələ” ilə oyunlarını izləmişdim. Həmin vaxt təmsilçiniz layiqli şəkildə mərhələ adlamışdı. Onlar iki görüşün nəticəsinə əsasən, mübarizəni davam etdirən tərəf olmuşdular. 

Hazırkı “Samtredia” fərqlidi, oyunçular dəyişib. İndiki “Samtredia”nın əvvəlkindən güclü və ya zəif olduğunu demək isə çətindi. Komandanın səviyyəsi meydanda bilinəcək. Güclü tərəf mərhələ adlayacaq. SSRİ dövründə Gürcüstan təmsilçilərinin böyük üstünlüyü var idi. Son illərdə isə üstün tərəf Azərbaycan komandalarıdır. “Qarabağ”ı avrokuboklardakı nəticələrinə görə son illərdə Qafqazın ən yaxşı, ən güclü komandası adlandırmaq olar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar