Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FİFA 2016-cı ilin ən yaxşılarının adlarını açıqladı

FİFA bu gün 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayıb


Apasport.az saytının məlumatına görə, ötən ilin ən yaxşısı seçilənlər İsveçrənin Sürix şəhərində keçirilən qala gecədə mükafatlandırılıb.
 
Bakı vaxtı ilə saat 21:30-da start götürən tədbirdə 7 mükafatın sahibi bəlli olub. 
 
“FİFA Fan mükafatı”nın qalibi “Borussiya” (Dortmund) və “Liverpul” azarkeşləri elan olunublar.
 
“FİFA ən yaxşı qadın məşqçisi” adını isə Silviya Neyd (Almaniya) qazanıb.
 
“FİFA Feyr-Pley mükafatı”nın sahibi də məlum olub. Builki qalib Sudamerikana Kubokunun final oyununa çıxmayaraq kuboku təyyarə qəzasına uğramış "Şapekoense"yə güzəştə gedən Kolumbiya təmsilçisi "Atletiko Nasyonal" olub.
 
“FİFA ən yaxşı kişi məşqçisi” nominasiyasında qalib Klaudio Ranyeri (“Lester”) olub. O, ötən mövsüm İngiltərədə çempionluq qazanmışdı.
 
“FİFA Puşkaş mükafatı” 2016-cı ilin ən gözəl qolunun müəllifinə təqdim olunub. Qalib isə Mohd Faiz Subri (“Penanq”) olub.
 
“FİFA ən yaxşı qadın futbolçusu” mükafatını isə Çarli Lloyd (ABŞ, “Hyuston”) qazanıb.
 
Əsas diqqət “FİFA ən yaxşı kişi futbolçusu” mükafatına yönəlib. "France Football" nəşrinin sorğusunda olduğu kimi "The Best" mükafatını da Kriştianu Ronaldo (Portuqaliya, “Real”) qazanıb.
 
Qeyd edək ki, tədbirin aparıcıları da məşhur simalar olub. FİFA tədbirə amerikalı aktrisa Yeva Lonqoriya və alman teleaparıcı Marko Şreyli dəvət edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar