Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN növbə çəkdiyi binaların sayını açıqladı


Ölkə üzrə poliuretanlə üzlənmiş 250-dən artıq binanın ətrafında təhlükəsizliyi təmin etmək üçün növbə çəkilir


Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi respublikanın şəhər və rayonlarında poliuretan materialla üzlənmiş binaların mühafizəsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirib.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Bakı Regional Mərkəzinin ümumilikdə 460 əməkdaşı hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Şəmkir, Qazax, Ağcabədi, Beyləqan, Bərdə, Yevlax, Göyçay, Goranboy, Neftçala, Şirvan, LənkəranAstara şəhərləri üzrə poliuretan materialla üzlənmiş 250-dən artıq binanın ətrafında təhlükəsizliyin təmin edilməsi məqsədilə növbə çəkir.
 
Bundan əlavə, ölkə üzrə ümumilikdə 43 yanğınsöndürmə avtomobili heyəti ilə həmin binaların mühafizəsinə cəlb olunmaqla fasiləsiz növbə çəkir.
 
Nazirlik zərurət yarandıqda bu məqsədlə ayrılan şəxsi heyət və texnikanın sayı artırılmasına da potensialı olduğunu qeyd edib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar