Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FED faiz dərəcələrini artıra bilər


ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini artırmağa yaxınlaşıb


“APA-Economics” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, FED-in iki şöbəsinin rəhbəri ABŞ Mərkəzi Bankının növbəti iclasında faizlərin artırılması ilə bağlı qərar veriləcəyinə inandığını bildirib.       
 
FED-in “Kanzas City” şöbəsinin rəhbəri Eşther Corc (Esther George) son 2 ayda məşğulluqda müşahidə olunan artımı əsas gətirərək ABŞ iqtisadiyyatında əmək haqlarının yüksələcəyini və bununla da istehlakın artacağını bildirib. Federal Açıq Bazar Komitəsində (FOMC) səsvermə hüququna malik olan E.Corc qeyd edib ki, bu ilin I yarısında ABŞ-da iqtisadi artım zəif olub. O, istehlakda artımın müşahidə olunması ilə bu ilin II yarısında ÜDM artımının sürətlənəcəyinə inandığını vurğulayıb. Onun fikrincə, bu ilin ikinci yarısında ABŞ iqtisadiyyatında 3%-lik artım olacaq ki, bu da son nəticədə bu il üzrə 2%-lik artıma səbəb olacaq: “Fikrimcə, artıq faizlərin artırılmasının zamanı gəlib. Faiz dərəcələrinin mərhələli olaraq artırılmasının tərəfdarıyam. Amma bunun üçün məşğulluğun daha da artması və inflyasiyanın sabit olması lazımdır”.    
 
FED-in “Dallas” şöbəsinin rəhbəri Robert Kaplan da iqtisadiyyatın məşğulluq sahəsində müsbət tendensiyaların müşahidə olunduğunu vurğulayaraq tələbatın artmasının sayəsində bu ilin II yarısında ABŞ-da ÜDM-in artacağını bildirib. Əmək bazarında vəziyyətin yaxşılaşdığını deyən R. Kaplan yaxın gələcəkdə faizlərin artırılacağına işarə edib.
 
Qeyd edək ki, indi bazarlar və investorların diqqəti FED Janet Yellenin Vyominq ştatında (Wyoming) iqtisadi siyasətlə bağlı ənənəvi illik konfransında çıxışına yönəlib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar