Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FED-in uçot dərəcəsini artırması ehtimalı dolları bahalaşdırır

Bugünkü ticarət sessiyasında dolların məzənnəsi digər əsas dünya valyutalarına qarşı bahalaşacaq, çünki investorlar ABŞ Mərkəzi Bankı hesab edilən Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini növbəti dəfə artıracağını gözləyir


Sonuncu ticarət sessiyasında dollar Yaponiya yeninə qarşı 107,36 yen səviyyəsindən 107,62 yen səviyyəsinədək bahalaşıb. 

Avrozonanın vahid valyutası isə dollar qarşısında dəyər itirərək 1,2346 dollardan 1,2341 dollara qədər azalıb. Əsas valyuta səbətində dolların indeksi 0,01% artaraq 89,95 bəndinədək yüksəlib.

“Silicon Valley Bank”ın valyuta treyderi Min Tranqanın sözlərinə görə, valyuta bazarı iştirakçıları il ərzində faiz dərəcələrinin iki və ya üç dəfə artacağını proqnozlaşdırır. Analitik və treyderlərin fikrincə, ABŞ-da nisbətən müsbət iqtisadi şərtlər FED-in faiz dərəcələrinin bu il ən azı iki dəfə artmasını şərtləndirə bilər.

FED rəsmilərinin sonuncu açıqlamasında ABŞ-da iqtisadi aktivlik üzrə göstəricilərin müsbət olduğu bildirilib.

Aprelin 27-də bazar iştirakçıları ABŞ-da birinci rüb üzrə ÜDM göstəricisinin açıqlanacağı gözləyir. Ekspertlər düşünür ki, ÜDM 2,3% artıb. 

Qeyd edək ki, martın sonunda FED uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 1,5%-dən 1,75%-dək yüksəldib. FED-in növbəti iclasının mayın 1-2-də keçiriləcəyi planlaşdırılır.“APA-Eonomics”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar