Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eyvaz Hüseynovun ev alveri - Şikayət


Əli Həsənovun səlahiyyətini mənimsəyən icra başçısı


Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov rayon sakinləri olan məcburi kökçünlərin evlə təminatı məsələsini alverə çevirib. 

Məlumata görə, «Qaçqınkom»un rayonda birbaşa nümayəndəliyi olmadığından icra başçısı bu prosesi çox rahatlıqla həyata keçirir: «Xocavəndlilər  mənzillə təminatı ancaq və ancaq icra başçısı Eyvaz Hüseynovun barmağının işarəsindən aslıdır. Onun barmağı isə ancaq və ancaq iki min manatdan başlayan rüşvətlə qalxıb, enir. Nə qədər qəribə səslənsə də, icra başçısının bu «kampaniya»sında nə başçının humanitar məsələlər üzrə müavini Əfsanə Quliyeva, nə köməkçisi, nə də ərazi idarəetmə və yerli orqanlarla iş şöbəsinin müdiri Allahverdi Qaraşov iştirak edir. Ev, mənzil şəraitinin yaxşılaşdırılması üçün köçkünlərlə «söhbəti» birbaşa başçının aqrar məsələlər üzrə müavini Rəfael Müstafayev aparır. O, Eyvaz Hüseynovun müavini olmaqla yanaşı, özünü «Qaçqınkom»un Xocavənd üzrə rəsmi nümaynədəsi kimi aparır. Açıq şəkildə Xocavəndli köçkünlərin mənzil təminatı üçün pul yığırlar. Sözsüz ki, bu, birbaşa hörmətli Əli Həsənovun nüfuzuna zərbədir. Amma adıçəkilən şəxsləri komitə sədrinin nüfuzu və dövlətiun apardığı uğurlu işlər maraqlandırmır. İcra başçısının əsas düşüncəsi İqtisad Universitetində oxuyan oğlunun gələcək təminatıdır». 

Məlumatda iddia olunur ki, Eyvaz Hüseynovla Rafael Mustafayev hətta Bakıda rəsmi qeydiyyatda olan bəzi şəxslərin Ağcabədidə xocavəndli köçkün kimi çoxotaqlı mənzil almasına şərait yaradıblar: «Halbuki, qanun və mövcud təlimatlar buna imkan vermir. Lakin belə faktlar mövcuddur. Bundan əlavə, Bakıda illərdir kirayə qalan məcburi köçkünlərə belə imkan tanınmayıb. Eyni zamanda, icra başçısı ilə müavini mənzil bölgüsündə ailə tərkibinə də əhəmiyyət vermirlər». 

Müsahiblərimiz bildirir ki, Eyvaz Hüseynovun əməlləri bununla da bitmir. Başçı və onun aqrar məsələlər üzrə müavini rayona məxsus örüş sahələrini Bakıda yaşayan iş adaamlarına satıblar: 

«Onlar isə torpağın təyinatını dəyişərək, əkin məqsədiylə istifadə edirlər. Təbii ki, bu qanunsuzluqda keçmiş aqranom, hazırkı müavin Rafael Müstafayevin də rolu az deyil. Düşünürük ki, kənd təsərrüfatı naziri Heydər Əsədov bizim rayon üzrə də yoxlama aparmaqla, bu vəziyyəti qaydaya qoya bilər...». 

Sakinlərin verdiyi bu və ya digər məlumatlarla bağlı qarşı tərəfin mövqeyini öyrənə bilmədiyimizdən hələlik bəzi məqamlara toxunmadıq. 

Yeri gəlmişkən, Eyvaz Hüseynov 23 ildir icra başçısı vəzifəsində işləyir. O, 02 iyul 1992-ci ildə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 Tərəfləri də dinləməyə hazırıq. (mia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar