Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eynulla Fətullayev “Lotu Quli” ilə görüşdü

Araşdırmaçı jurnalist, haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev İstanbulda məşhur kriminal avtoritet “Lotu Quli” ilə görüşüb


Virtualaz.org xəbər verir ki, bu görüş barədə Eynulla Fətullayev özünün Facebook səhifəsində məlumat və foto paylaşıb. 

Görüş “Lotu Quli”nin İstanbul ətrafındakı iqamətgahında baş tutub.

“Nəhayət Lotu Quli ilə görüşdük, dərdləşdik, keçmişi yada saldıq, gələcək haqda danışdıq”-E.Fətullayev Facebook-da yazıb.

Bu görüş barədə E.Fətullayevin özü ilə əlaqə saxladıq. O, bildirdi ki, “Lotu Quli” ilə şəxsi dostluq münasibətlərinin yaranması 2000-ci illərin ortalarına gedib çıxır. Həmin vaxtlar E.Fətullayev rəhbərlik etdiyi nəşrlərdə jurnalist kimi “Lotu Quli”nin məhkəmə prosesi, ona qarşı irəli sürülmüş ittihamlarla bağlı araşdırmalar dərc edirdi.

“Həbsdən çıxandan sonra Bakıda “Lotu Quli” ilə görüşmək imkanımız olmadı, bildiyiniz kimi o, həbsdən çıxan kimi Gürcüstana, oradan Türkiyəyə getdi. Nəticədə görüşümüz İstanbulda baş tutdu”-E.Fətullayev bildirib.

O, qeyd edib ki, hazırda “Lotu Quli”ni azadlığa çıxması münasibətilə köhnə dostları və tanışları ziyarət edir. Bunların arasında Türkiyənin yeraltı dünyasının məşhur liderlərindən hesab edilən Sedat Peker də var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar