Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eynulla Fətullayev Lalə Şövkətin oğludan danışdı


“Sidqi Şövkət istedadlı və savadlı gənc olaraq bu işin öhdəsindən gələ biləcək”


Yaxın günlərdə “Azeri Daily” adlı yeni analitik-informasiya saytı fəaliyyətə başlayacaq. İngilis dilində olacaq bu nəşrin baş redaktoru haqqin.az portalının aparıcı müəlliflərindən biri olan Sidqi Şövkətdir. Sidqi Şövkət ALP lideri Lalə Şövkət Hacıyevanın oğludur. 

Qeyd edək ki, hüquq üzrə fəlsəfə doktoru olan Sidqi Şövkət Britaniyanın məşhur Oksford Universitetinin məzunudur. O, bir ilə yaxındır ki, Eynulla Fətullayevin təsisçisi olduğu haqqin.az portalı ilə əməkdaşlıq edir.

“Azeri Daily” saytı təkcə Azərbaycanın yox, ümumən bütün Qafqaz regionunun ictimai-siyasi və sosial-iqtisadi həyatını, bu bölgədə baş verən prosesləri işıqlandıracaq.

Yeni ingilisdilli saytın təsisçisi Eynulla Fətullayevdir. O, yeni elektron nəşrin fəaliyyətə başlamasını zəruri edən səbəbləri virtualaz.org saytına şərh edərkən bildirib ki, bu nəşr əsasən xarici oxucu auditoriyasına hesablanıb.

Sidqi Şövkət virtualaz.org saytına açıqlamasında bildirib ki, “Azeri Daily” portalı online rejimdə işləyəcək və gün ərzində müntəzəm olaraq yenilənəcək.

Bu xəbərin mətbuatda yayılmasından sonra bir çoxları sosial şəbəkələrdə müxtəlif statuslar yazdı. Bir Xüsusən də E.Fətullayevlə Lalə Şövkətin münasibətlərinin gərgin olduğunu əsas gətirənlər bu xəbəri təəccüblə qarşıladıqlarını deyiblər. 

E.Fətullayev musavat.com-a açıqlamasında bildirib ki, 1 ildən artıqdır ki, S.Şövkətlə əməkdaşlıq edir: “O, demək olaraq hər gün saytımızda siyasi şərhlərlə, analitik məqalələrlə çıxış edir”.

L.Şövkətlə münasibətlərini soruşduqda E.Fətullayev “Lalə Şövkət xanıma mənim böyük hörmətim var”-dedi: “Onunla həmişə yaxşı münasibətlərimiz, ünsiyyətimiz olub. Amma Sidqi Şövkətə qalanda, o, müstəqil şəxsdir. Çox qabiliyyətli, analitik təfəkkürə malik, istedadlı qələmə sahibi bir gəncdir. Oksford universitetində oxuyub, fəlsəfə doktorudur, yaxşı publisistdir və məncə bu işin öhdəsində çox yaxşı gələcək. Həm də ona görə ki, ingilis dili onun üçün doğma dil kimidir. Məncə, xarici ölkələrdə Azərbaycanla bağlı xəbərlərə, şərhlərə və analitikaya böyük zərurət var. 

Nəzərə alsaq ki, indiyədək ingilis dilində keyfiyyətli resurs yaradılmamışdı, məncə bu layihəyə böyük maraq olacaq. Biz həm də xaricdən bir neçə eksperti də işə cəlb etmişik, bizim üçün yazacaqlar. Azərbaycanın həm regionda, həm də dünyada geosiyasi çəkisi artır. Məhz ona görə də ölkəmizdə ingiliscə də yaxşı resurs olmalıdır. Məsələn, politoloq Teodor Karasik, ekspert Ariel Koen və digərləri bizə yazacaq. Məncə yazar heyəti hələ genişlənəcəkdir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar