Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eynşteyn zəkasını belə inkişaf etdiribmiş


Alimlər zəkanın genetik üstünlük olduğu fikri ilə qətiyyən razılaşmırlar


 Aparılan çoxsaylı araşdırmalar onu göstərib ki, zəkalı insanlar bu istedadlarının təxminən 40%-ni dünyagörüşü hesabına qazanırlar. İQ səviyyəsinə görə dünyada ən çox bilinən alimlərdən biri məhz Albert Eynşteyndir.

Albert Eynşteynin zəkasını formalaşdırdığı vərdişləri haqqında maraqlı faktları təqdim edirik:

Tarixdə bilinən dahilər arasında ən məşhuru Albert Eynşteyn olub. 9 yaşında danışmasına baxmayaraq, bu dahi şəxsiyyət həyatının sonrakı illərində adını tarixə qızıl hərflərlə yazmağa müvəffəq olub.

Eynşteynin ən çox riayət etdiyi vərdişlərdən biri yuxu idi. Yuxu rejiminin insan orqanizminə faydalarına o qədər inanırdı ki, ən azı 10 saata yaxın yatırdı. 10 saatdan artıq yatmamaq üçün o, əlində qaşıq və nəlbəki ilə yatırmış. Qaşığı saldığı anda nəlbəkinin səsinə oyanan dahi işinə qaldığı yerdən davam edirdi.

Eynşteyn Prinston Universitetində müəllim işləyirdi. Evi ilə universitet arasında 5 kilometrə yaxın məsafəni hər gün piyada gedib gələn Eynşteyn bununla həm əzələ sistemini, həm də yaddaşını möhkəmləndirirdi.

Bir çox mənbələrdə Eynşteynin heç vaxt corab geyinmədiyinə dair məlumatlar yer alır. Təəssüf ki, bunun əsl səbəbini heç kim bilmir. Fərziyyələrə görə, bu, onun yaddaşını gücləndirmək üçün özündə yaratdığı bir vərdiş olub.

Eynşteynin zəkasını möhkəmləndirmək üçün riayət etdiyi normalar içərisində tez-tez spagetti yemək də vardı.

Siqaretin zərərləri haqqında yayılan kütləvi materiallara baxmayaraq, Eynşteyn çox tez-tez tütün məmulatlarından istifadə edirdi. O, tütünün onu sakitləşdirdiyini və obyektiv düşünməyə köklədiyini deyirdi. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar