Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eyni nömrəli bu bahalı maşınlar hansı oliqarx oğlunundur? - Foto


Bir müddət öncə “Hafka” ləqəbi ilə tanınan məşhur iş adamı Hafiz Məmmədovun evinin qarşısında fotokameramıza tuş gələn avtomobilin “oxşarı” Bakı küçələrində üzə çıxıb.


Maşınlar fərqli markalardan olsa da, dövlət nömrə nişanları eynidir: 10 MM 010.
 
Hafiz Məmmədovun evinin qarşısında olan və oğluna məxsus olduğu iddia edilən avtomobilin markasının “Porşe” olduğu haqqında bir müddət öncə saytımızda məlumat getmişdi. Eyni dövlət nişanına məxsus olan avtomobil isə “Mercedes Benz SLS AMG” markalıdır.
 
Hələlik ikinci avtomobilin kimə məxsus olması haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb. Lakin hər iki maşını bir-birinə oxşar edən bir ortaq məqam var. Belə ki, həm Hafkanın evinin qarşısında, həm də Bakı küçələrində aşkarlanan avtomobilin ön hissəsində dövlət nişanı yerləşdirilməyib: 10 MM 010 dövlət nömrə nişanı yalnız avtomobillərin arxa hissəsinə bağlanıb.
 
Məsələ ilə əlaqədar Axar.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov iki fərqli maşına eyni nömrənin vurulmasının yolverilməz olduğunu dedi. O, qanunvericiliyə əsasən, bir dövlət nömrə nişanının ancaq bir avtomobilə məxsus ola biləcəyini bildirdi:
 
“Eyni nömrənin iki müxtəlif maşına vurulması yolverilməzdir. Ümumiyyətlə, maşının təkcə arxa və ya ön hissəsinə dövlət nömrə nişanının vurulması da qanunla qadağandır: dövlət nömrə nişanı həm öndə, həm də arxada olmalıdır. Görünür, bunu edən hər kimdirsə, hər iki maşın ona məxsusdur. Böyük ehtimalla, o, bunu bilərəkdən edib.
 
Fakt saytınızda dərc olunandan sonra biz bunu mütləq araşdıracağıq. Bu, sürücünün əməlidir və əgər belə bir fakt varsa, deməli, sürücü qanunu kobud şəkildə pozub, buna görə də cəzalandırılmalıdır. Hər xətanın isə özünəuyğun cəzası var”.
 
Eksklüziv fotoları təqdim edirik:
(axar.az)

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar