Hacıqabul şəhər sakini arvadını və özünü güllələyib
PİA.AZ DİN-nin saytına istinadən xəbər verir ki, noyabrın 27-də Hacıqabul şəhərində yaşayan Əflan Hüseynov evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Almaza və özünə xəsarət yetirib və hər ikisi hadisə yerində ölüb.
Hacıqabul RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olan “TOZ-63” markalı ov tüfəngi götürülüb.
Araşdırmalar aparılır.
pia.az