Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əvəz Zeynallının səhhətindəki problemlər nazirliyin diqqətindədir


Noyabrın 21-də 10 saylı Cəzaçəkmə müəssisəsində həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının səhhətinin pisləşdiyi haqda məlumat vermişdik


Əldə etdiyimiz məlumata əsasən, Ədliyyə Nazirliyinin Tibb Baş Idarəsinin rəisi, Tibb Xidməti general-mayoru Rəfail Mehdiyev və Ədliyyə Nazirliyi Tibb Baş Idarəsi Müalicə işinin təşkili idarəsinin rəisi – baş idarə rəisinin müavini, Iftixar Qurbanov Ə.Zeynallının səhhətilə bağlı onu nəzarətə götürüblər.

Müəssisənin Tibb Məntəqəsinin həkimi tərəfindən aparılan müayinədən sonra Ə.Zeynallının Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsinin məqsədəuyğun olduğunu bildirib. Ə.Zeynallı Müalicə Müəssisəsinə yerləşdirilməkdən imtina edib. Bundan sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinin LOR həkimi Rafiq Kazımov Ə.Zeynallını müayinə etmək üçün 10 saylı CÇM-də olub. 

Qeyd edək ki, R.Kazımov 2012-ci ildə Ə.Zeynallı Bakı İstintaq Təcridxanasında saxlanılarkən də onu müayinə edib və jurnalistin sağlamlığı ilə bağlı verdiyi rəy əsasında təcridxana rəhbərliyi rəsmi arayış təqdim edib. 

Bu gün də ətraflı müayinədən sonra, müvəqqəti müalicə üçün müxtəlif dərmanların qəbul edilməsinin zəruri olduğunu qeyd edən həkim R.Kazımov bununla bağlı rəy hazırlayacağını bildirib. Ümumilikdə isə, gəlinən qənaət ondan ibarət olub ki, Ə.Zeynallının burun çəpənində indi də ciddi problemlər qalmaqdadır və onun üçüncü əməliyyata ehtiyacı var. Lakin bu əməliyyatın Azərbaycanda deyil və yalnız xarici ölkələrdən birində aparılması mümkündür. İndiki şərtlər isə buna imkan vermir. 

Ə.Zeynallının həyat yoldaşı M.Zeynallı, “Biz də istəyirik ki, Ə.Zeynallı azadlıqda olduğu zaman bu əməliyyatı etdirək. Çünki indiki şəraitdə bunun mümkün olmadığını biz də bilirik” – deyə bildirib. 

Xatırladaq ki, noyabrın 21-də jurnalistin həyat yoldaşı M.Zeynallı mətbuata bildirmişdi ki, Ə.Zeynallının səhhəti pisləşib və jurnalistin ciddi müalicəyə ehtiyacı var. Həbsindən əvvəl Ə.Zeynallı 2 dəfə burnundan əməliyyat olunub və nəticə uğursuz olduğundan hazırda üçüncü əməliyyat aparılmalıdır. Lakin jurnalistin ailəsi onun hazırkı şəraitdə əməliyyat olunması ilə razılaşmır: 

“Onun nəfəsalmasında ciddi problemlər var. Rahat nəfəs ala bilmədiyindən, beyni də oksigenlə rahat qidalana bilmir, ürək döyüntüləri artıb, qıcolmaları var. Sağlamlığındakı bu problemlər əsəb-sinir sisteminə də mənfi təsir göstərir. Artıq 4 ilə yaxındır ki, bu vəziyyətdədir”. 

Məlumat üçün bildirək ki, “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də sabiq deputat G.Əhmədovanın əsaslandırılmamış iddia və şikayətilə həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyır və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bəyan edərək, hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsiyə edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar