Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evakuasiyaya görə alınan ayrıca haqqı ləğv etmək lazımdır


“Lider” TV-də yayımlanan “Status” verilişində Bakıda fəaliyyət göstərən evakuatorlarla bağlı tənqidi sujet müzakirələrə səbəb olub


Belə ki, verilişdə qonaq evakuatorlardan yığılan pulların büdcəyə heç bir xeyir vermədiyini bildirib.

Yol-nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov Oxu.Az-a bildirib ki, dayanma və durama qaydalarını pozan avtomobillərin evakusiyası, xüsusən də evakuasiya üçün alınan pulların ödənilməsi qaydası, məbləği, kimin cibinə getməsi məsələsi yeni söhbət olmasa da, aktualdır.


Onun sözlərinə görə, evakuasiyaya görə ayrıca ödənişi ləğv etmək lazımdır.

“Yalnız dayanma və durma qaydasını pozmaya görə cərimə qalsın. Evakuator avtomobillərinin istismarı xərcləri də məhz həmin cərimələr hesabına yığılan pullardan ödənilsin. Bunun edilməsi ən azı 2 mühüm problemi həll edəcək:

1. Bu, parklanma qaydalarını pozan sürücülərə münasibətdə ədaləti təmin edəcək. Təsəvvür edin, 2 maşın eyni yerdə eyni qaydada qanunsuz parklanıb və hər ikisi evakuasiya olunmalıdır. Bir evakuator gəlir, onlardan birini aparır, ikincisini isə sürücü özü gəlib sürüb gedir. Eyni qayda pozuntusu olsa da, 1-ci sürücü 40 manat pul (20 manat cərimə, 20 manat evakuasiya haqqı) , həmd xeyli vaxt və əsəb itirir. 2-ci sürücü isə uzağı 20 manat cərimə olunur, bəzən hətta cərimə də olunmur. Bu ədalətsizlikdir.

2. Evakuasiya üçün alınan pulun harada, kimə, hansı üsulla ödənilməsi söhbəti birdəfəlik ləğv olunar, sürücü bilər ki, evakuasiya olsa da, olmasa da konkret cəriməsini ödəyəcək.

Evakuasiya üçün ayrıca ödəniş ləğv edilsə, bu işə cəlb edilənlər həm də daha qanunauyğun fəaliyyət göstərərlər.

Nəzərə alaq ki, dünyanın bəzi ölkələrində bu təcrübə var və çox səmərəlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar