Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ev həbsində olan Muqabe ilk dəfə xalq qarşısına çıxdı

Zimbabve prezidenti Robert Muqabe çərşənbə günü ordunun hakimiyyəti ələ keçirməsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb


BBC xəbər verir ki, o, paytaxt Hararedə keçirilən bir tədbirdə iştirak edib. Cənab Muqabe bir neçə gündür ev həbsində idi.

 Hərbiçilər cümə günü bildirib ki, onlar cənab Muqabe ilə məsləhətləşirlər və “mümkün qədər tez” nəticələri elan edəcəklər. Reuters agentliyi şahidlərdən birinə istinadən yazır ki, Muqabe tədbirdə çıxış edib və iştirakçıların alqışları ilə qarşılanıb.

Məlumatlara görə, Zimbabve prezidenti dərhal istefa verməyəcəyini bildirib. Həftənin 3-cü günü ölkə ordusunun ev dustağı etdiyi 93 yaşlı Muqabeni kimin əvəz edəcəyi mübahisə mövzusudur. Muqabe ilə regional diplomatlar və ordu rəhbərliyi arasında son danışıqların necə bitməsi ilə bağlı rəsmi məlumat yoxdur.

Ancaq mənbələr bildirirlər ki, o, istefa vermək istəmir. Bundan əvvəl müxalifət lideri Morgan Tsvangirai bildirmişdi ki, Muqabenin “yubanmadan istefa verməsi xalqın marağındadır”.  Prezident Muqabe vitse-prezident Emmerson Mnangagvanı ötən həftə vəzifəsindən azad etdikdən, xanımı Grace Muqabeni hakim partiyanın rəhbərliyinə gətirdikdən sonra ordu hərəkətə keçib.

BBC-nin Zimbabvedəki müxbiri Andrew Hardinq deyib ki, əgər president rəsmi şəkildə istefaya getsə, bu, ordunun dramatik müdaxiləsinə qanuni don geyindirilməsinə kömək edərdi. BBC müxbiri bildirib ki, küçələrdə Muqabenin postunda qalmasını dəstəkləyən adam tapmaq çətindir. Ancaq keçid dövrünün necə olacağı barədə müzakirələr və razılaşmalar vaxt apara bilər.

İndi Hararedə nə baş verir? Bu, aydın deyil.

Yayılan fotolar göstərir ki, prezident Muqabe ordu rəhbəri Gen Constantino Chivenga və iki Cənubi Afrika İnkişaf Birliyinin iki səfiri ilə Hararedə Dövlət evində görüşüb. Onların arasında görüşə vasitəçilik edən Roman Katolik keşişi, Muqabeni illərdi tanıyan Ata Fidelis Mukonori da olub. Mənbələr bildiriblər ki, Muqabe yaxın illərdə planlaşdırılan seçkidən əvvəl könüllü istefaya getmək fikrindən uzaqdır. “Düşünürəm ki, o, vaxt qazanmaq istəyir”,ordu rəhbərliyindən biri AFP xəbər agnetliyinə bildirib.

Bəzi müşahidəçilər işarə edirlər ki, Muqabe bəlkə də istefasından əvvəl özünün və ailəsinin təhlükəsizliyinə zəmanət almağa çalışır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar