Ötən ilin baharında eşq yaşadıqları deyilən aktrisa Müjde Uzman ilə Sinan Akçıl yenə birlikdədirlər
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük Uludağda eyni oteldə kameralara tuş gəlib.
Məlumata əsasən, Müjde Sinanın “Grand Yazıcı” otelindəki konsertini izləməyə gedib. Paparazzilərə tutulan aktrisa özünü itirib.
Jurnalistləri görüncə qaçmağa çalışan Uzman onların “Sizin Sinan bəylə sevgili olduğunuz deyilir. Bu barədə nə deyə bilərsiniz” sualına “Siz yenə haradan çıxdınız” deyərək, hirsli cavab verib.
pia.az