Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsgərə oxunan mahnılar


“Qərib cinlər diyarı”nda filmini hamınız görmüsünüz


Qərib cinlər padşahına aldanıb cinlər diyarına gedəndən bir müddət sonra tutduğu əməldən peşman olur. Evləri, anası, qardaşı, sevgilisi, kənd-kəsəyi üçün darıxmağa başlayır. Bunu öyrənən cinlər padşahı Qəribin başını qatmaq üçün öz sarayında cürbəcür ziyafətlər, şənliklər təşkil eləməyi qərara alır. Təlxəklərinə tapşırır ki, oyun çıxartsınlar, Qəribin fikri dağılsın. Təlxəklərin çıxardığı oyun isə Qəribi daha çox darıxdırır. Qərib evindən ötrü, anasından, sevgilisindən ötrü lap dəli divanə olur. Qaçmaq qərarına gəlir. Bunun üçün yollar axtarır.
 
Əsgərlərimiz üçün tez-tez konsertlər təşkil olunur. Təbii ki, bu konsertlərin təşkil olunmasında məqsəd əsgərlərin istirahət vaxtlarını səmərəli keçirtməsi, fikir-zikrlərinin azca da olsa dağıdılmasıdır.
 
Həmin konsertlər tez-tez televiziya ekranlarında nümayiş olunur. Biz də ekran qarşısında oturub baxırıq. Bir də görürsüz, həmin konsertlərə gələn müğənnilər elə repertuar seçirlər ki, oxuduqları  mahnılar əsgəri şənləndirmək əvəzinə qəmləndirir. Ana mövzusunda elə qəmli-qəmli zəngulələr vururlar, mənim ürəyim kövrəlir, üzünü bir həftə görmədiyim anam yadıma düşür. Bu əsgərlərin əksəriyyəti parta arxasından durub əsgərliyə gedənlərdi. Bərkə-boşa düşməyib, ayrılıq nədir görməyiblər. Bu mahnıları dinləyən əsgərin gözünə gecə sabaha kimi yuxu gedə bilməz.
 
Sevgilisini, nişanlısını, arvadını gözü yolda qoyub gələn var. Sanki müğənni ayrılığa dair  mahnı oxuyur ki, əsgərin yarasına duz səpsin .
 
Əsgərlərin qarşısında çıxış edən qadın müğənnilər xüsusilə geyimlərinə fikir versələr yaxşı olar. O günləri bir qadın müğənni (adını bilmirəm) mahnı oxuya-oxuya girib əsgərlərin içinə. Vallah, mahnını necə oxudu, nə təhər oxudu özü də bilmədi. Yaman əziyyət çəkdi zavallıcığaz. Əsgərlərin arasına girdiyi üçün ürəyində özünü söyürdü. Min dəfə peşmandı. Üzündə bir ifadə vardı ki, yazığım gəldi ona. Qayıdıb səhnəyə çıxınca birtəhər oldu. Qadın özü kompleks keçirirdi. Ya kompleks keçirmə, ya da geyinmə də belə. Nə vacibdi?
 
Əsgərə ayrılıq, ölüm, ana haqqında mahnılar oxumaq lazım deyil. Əsgərə qəhrəmanlıq haqqında oxumaq lazımdı. Əsgərin sümüyünə düşən mahnılar oxumaq lazımdı. Qoy qol götürüb oynasınlar. Avtomat götürüb soyuq, isti səngərlərdə bizi qoruyan qollar oynasın. Döyüş təlimlərində addımlamaqdan qabar olan ayaqlar oynasın. Ana, ata, bacı, qardaş həsrətini yada salıb ürəkləri oynamasın!
 
Tanrı bütün əsgərlərimizi qorusun. Onları sağ-salamat analarına qaytarsın. Anaları üçün  mahnı çaldırıb analarıyla birgə toylarda, şənliklərdə qol qaldırsınlar.

Sevinc ELSEVƏR(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar