Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsgər Fərhadinin Oskar nitqi – Mətn


Dünya şöhrətli iranlı rejissor Əsgər Fərhadi ikinci dəfə Oskar mükafatını qazanmaqla adını Federiko Fellini, Ernest İnqmar Berqman və Vittoio De Sikanın adları sırasına yazdırdı. O, xarici film nominasiyası üzrə iki dəfə Oskar mükafatını qazanan üç rejissor arasında yeganə müsəlman rejissordur


Onun "Satıcı” filmi təqdim olunan nominasiya üzrə bütün rəqiblərini geridə qoyaraq, ona film sahəsində ən ali mükafat təkrar qazandırdı. Lakin iranlı rejissor özü istisna edilsə belə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donal Trampın müsəlmanların ABŞ-a girişini qadağan edən qanuna etiraz əlaməti olaraq mərasimə qatılmayıb. 

Mükafatı Fərhadinin mərasimdəki nümayəndələri məşhur iranlı kosmonavt Ənuşe Ənsari və NASA-nın iranəslli alimi Firuz Maykl Nadiriyə təqdim edilib. İlk Oskar mükafatını 2012-ci ildə "Ayrılıq” filmilə qazanan Əsgər Fərhadinin çıxışını həmyerlisi Ənuşe Ənsarı səsləndirib. Artkaspi.az  Əsgər Fərhadinin çıxış mətnini təqdim edir. 
 
"Bu dəyərli mükafatı ikinci dəfə almağım böyük iftixardır. Mən Akademiya üzvlərinə, filmin yaradıcı heyətinə, tərtibçi Aleksandr Male Giyə, yayımçılar "Kohen Media”ya və "Amazon”a dərin təşəkkürlərimi bildirirəm. Həmçinin xarici film nominasiyası üzrə yarışan digər namizədlərə də dəstəyə görə minnətdaram. Təəssüf edirəm ki, bu gün sizinlə birgə deyiləm. Mən öz xalqıma və Amerikaya girişinə qeyri-insani qanunlarla qadağa qoyulmuş digər altı ölkənin mühacirlərinə görə mərasimə gəlmədim.
 
Dünyamızın radikal siyasətçiləri tərəfindən "biz” və "bizə düşmən olanlar” kateqoriyasına bölünməsi qorxuya səbəb olur. Bu qorxu zorakılıqlar və müharibələr üçün yalançı bəhanədir. Müharibələr həmişə işğala məruz qalan ölkələrdə demokratiya və insan haqlarının bərpasına böyük bir maneə olub. Kinematoqraflar kameraların obyektivini ortaq insani dəyərlərə çevirməklə müxtəlif millətlərin, din və məzhəblər yaratdığı stereotipləri  sındıra, onun ardınca dünya xalqlarının həmrəyliyini təmin edə bilərlər. Bizim bu gün mərhəmətə, dərdlərimizi bölüşməyə hər zamankından daha çox ehtiyacımız var”.(kulis.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar