Suriyanın İdlib şəhərində ötən ilin martında Əsəd rejimi tərəfindən həyata keçirilən hücumlarda xlor qazından istifadə edilib
Axar.az xəbər verir ki, bu barədə BMT-nin Müstəqil Araşdırma Komissiyasının hesabatında deyilib.
Kimyəvi silahın helikopterlə tətbiq edildiyi iddia edilib.
Qeyd edək ki, bundan öncə yayılan məlumatlarda iki dəfə Əsəd rejiminin, bir dəfə isə İŞİD terrorçularının kimyəvi hücumlar həyata keçirdiyi bildirilmişdi.
pia.az