Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsəd ordusu İŞİD-in nəzarətindəki son bölgəyə girdi

Bu gün səhər saatlarında İraq silahlı qüvvələri İŞİD-in nəzarətindəki son bölgə olan Ravaya üç istiqamətdən hücuma keçib


AzərTAc xəbər verir ki, hökumət qoşunlarının və yerli tayfalardan olan döyüşçülərin apardığı əməliyyata koalisiya təyyarələri havadan dəstək verir.

İraqın qərbində yerləşən Rava 2014-cü ildən İŞİD-in əlində saxladığı son bölgə hesab olunur. Noyabrın 3-də ordu bölmələri və şiə könüllüləri Ravanın yaxınlığında yerləşən Əl-Qaim inzibati dairəsini nəzarətə götürmüşdülər. İraqın baş naziri Heydər əl-Abadi Rava və Əl-Qaim şəhərlərini terrorçuların ölkədəki son dayaq məntəqələri adlandırıb. Bu ərazilər Suriya ilə sərhədin yaxınlığında yerləşir.

Başda ABŞ olmaqla, beynəlxalq koalisiyanın hesablamasına görə, terrorçular Suriyaİraqda ələ keçirdikləri ərazilərin 95 faizini itiriblər. İŞİD “xilafəti”nin mövcudluğuna isə ilin sonunadək son qoyulacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar