ABŞ, Fransa və İngiltərənin Suriyaya birgə hücumundan sonra Suriya prezidenti Bəşər Əsəd ilk diplomatik reaksiyasını verib
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, 2001-ci ildə Fransanın sabiq prezidenti Jak Şirak tərəfindən verilən “Fəxri Legion ordeni”nindən imtina edib.
Əsəd, “ABŞ-ın qulu olan bir ölkənin fəxri ordenini saxlamayacağam” deyərək ordeni Rumıniya səfirliyi vasitəsilə qaytarıb.
Qeyd edək ki, Fransanın ən ali dövlət ordeni sayılan “Fəxri Legion ordeni” 1802-ci ildən Napalyon Bonapart tərəfindən verilməyə başlanılıb. Bu vaxta qədər 93 min nəfər bu orden təqdim edilib.
pia.az