Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsas məqsəd kostyumlarımızın milli koloritini nümayiş etdirmək idi


“Qürur, həyəcan, sevinc...”


PİA.AZ Oxu.Az-a istinadən modelyer-dizayner Zümrüd Mirzəliyeva ilə müsahibəni təqdim edir.

- Özünüzü təqdim edərdiniz...

- Zümrüd Arif qızı Mirzəliyeva. Modelyer-dizayner. İki Ali təhsilim var. 2004-cü ildə təhsilimi başa vurduqdan sonra sevimli işim ilə məşğul olmuşam. Mən Moskva Açıq Sosial Universitetində modelyer-dizayner sənətinə yiyələnmişəm, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında isə Qrafika fakültəsində təhsil almışam.

-  “Baku Fashion Night 2014” dəfiləniz uzun müddət yaddaqalan olacaq. Lyubov Qutorova ilə əməkdaşlığınız necə başladı?

-  Mənim ilk dəfiləm 1997-ci ildə olub. Mən hər zaman dəfilə təqdim etmək istəmişəm, amma nə isə alınmırdı. Eskizlərim var idi, amma dəfilə planlamırdım. Bir gün Lyubov Qutorova mənə zəng etdi və moda nümayişi düzənləmək istədiyini bildirdi. İki ay vaxtımızın olduğunu bildirdi. Mən həvəsləndim və hazırlaşmağa başladım. Bu qısa müddət ərzində 24 kostyum hazırladıq. Orada iki kolleksiya təqdim etdim - “Azərbaycan” və “Çiçəkli”.

-  Birinci Avropa Oyunları ölkəmizin tarixində yeni bir səhifədir. Siz oyunların mükafatçılarının medallarının təqdimetmə mərasimində iştirak edən könüllülərin kostyumlarının dizaynerisiz. Bu işi sizə etibar edəndə nə hiss etdiniz?

- Bütün həmvətənlərimiz kimi mən də bu möhtəşəm idman bayramının şahidi olmağıma çox sevinir və tarixdə ilk olan bu oyunların keçirilmə şərəfinə məhz bizim ölkənin nail olması ilə qürur duyuram. Mən könüllülər üçün kostyum hazırladım. Mənə bu təkliflə zəng edəndə və könüllülər üçün kostyumların hazırlanmasına dair istiqamətlər verildikdə keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm (gülür), qürur, həyəcan, sevinc ... Eskizləri hazırlayıb yolladım. Düzünü desəm mənim eskizlərimin seçilməsinə inanmırdım. Amma seçildikdən sonra heyran qalmışdım...

- Bu kostyumların yaradılmasında əsas nəyi nəzərə almaq lazım idi?

- Ən əsas ilkin görünüşü saxlamaq lazım idi. Hər şeyi nəzərə almaq lazım idi: komfort, kolorit və hətta bu oyunların keçiriləcəyi zamanı da nəzərə almaq lazımdır. Oyunlar yayda keçirilir. İş ondadır ki, bizim milli kostyumlar qalın materialdan hazırlanır, nazik materialdan hazırlandığı zaman həmin effekti veməyəcək, əsas məsələlərdən biri isə kostyumlarımızın milli koloritini nümayiş etdirmək idi.  

- Necə düşünürsünüz, milli koloritin geyimlərdə əks olunması nə dərəcədə vacibdir?

- Mən yaxın gələcəkdə milli koloriti əks etdirən elementlərin olduğu modellərin kolleksiyasını təqdim etmək istəyirəm. Bu, indi çox dəblidir, məsələn, Givanchy xalça naxışlarının əks olunduğu geyim və çanta kolleksiyası təqdim edib. Çox da gözəl alınıb. Bundan başqa, rus və Ukrayna modelyerləri sarafanlarda tikmələrdən geniş istifadə edirlər. Mən də yaxın gələcəkdə milli elementləri istifadə edəcəyim kolleksiyanı təqdim etməyi planlayıram.  

- Gündəlik geyimdə milli elementlərin istifadəsi barədə nə düşünürsünüz?

-  Niyə də yox? Milli naxışların çəkildiyi paltarlar çox gözəl görünər məncə. Sadəcə bu, çox vaxt aparan işdir.  

- Münsiflər heyətinin üzvü olduğunuz “Street stil” müsabiqəsi barədə danışardınız...

- Bu, “Zuleykha” jurnalı tərəfindən aparılan bir müsabiqədir. Müsabiqə yalnız xanımlar üçündür, iştirak etmək istəyənlər öz şəkillərini bizə yollayırlar. Sonra isə o fotoşəkillərin arasından “Street stil” obrazlarının ən parlaq nümunələri seçiləcək.

- Əgər sirr deyilsə bu yaxın gələcəkdə dəfilə nümayişi gözlənilirmi?  

- Bəli. Noyabrda “Fashion Week” keçiriləcək, bu tədbir üçün kolleksiya hazırlayıram. Kolleksiyamın əsas məqsədi ülvi və ehtiraslı məhəbbətin tərənnümüdür. Amma adını deməyəcəm, qoy bu hələ sirr qalsın (gülür). Yay mövsümü üçün isə zərif çalarların üstünlük təşkil etdiyi kolleksiya hazırlayırlar. Geyim yarım idman üslubunda olacaq, təbii ki, klassik elementlər də olacaq.

-  Necə düşünürsüz, bizdə kişilər və ya qadınlar dəblə geyinir?

- Düzünü desəm bizdə həm qadınlar, həm də kişilər gözəl geyinirlər. Məsələn, Avropada çox sadə, amma dəbli geyinirlər. Məsələn, Parisin küçələrində gəzərkən yerli xanımlar çox sadə geyinirlər, əgər orada dəbli xüsusi seçilən xanım görsəniz onun turist olduğundan əmin ola bilərsiniz. Axı biz şərqdə yaşayırıq, bizdə təəssürat yaratmağı sevirlər.  

- Ümumiyyətlə, dəbli geyinmək nə deməkdir?

- Öz üslubunu, öz rəngini tapmaq lazımdır. Hansısa bir geyim əşya trend də ola bilər, amma bu ya xanıma onun fiqura və ya tipajına görə uyğun gəlməyə bilər. Yaraşan geyimləri seçmək və geyinmək lazımdır. Hər bir insanın doğuşdan öz rəngi olur. Bəli, saç və göz rəngini dəyişmək olar, amma yenə də tipik rənglər mövcuddur.

Məsələn, dərisi qırmızıya çalan insanlar var, onlara çəhrayı geyimlər yaraşmaz, o daha isti rəngləri seçməlidir. Belə bir tendensiya mövcuddur ki, “qara rəng arıq göstərir”, bu, düzgün deyil, göy, yasəmən rəngi kimi soyuq rənglərin köməyi ilə də incə görsənmək olar. Düzünü desəm, son zamanlar insanların daha parlaq rənglərə can atmalarını müşahidə edirəm.

- Xanım oxucularımıza nə arzu etmək istərdiniz?

- Hörmətli xanımlar, geyim seçərkən əsas sizin bu geyimdə özünüzü necə hiss edəcəyiniz çox vacibdir. Ən əsas özünü rahat hiss etməkdir. Çox bahalı bir geyim almaq olar, amma siz o geyimdə özünüzü rahat hiss etməsəniz heç bir effekt olmayacaq. Eləcə də onlara özlərini qiymətləndirməyi, sevməyi və baxımlı olmağı arzu edirəm. “Çirkin qadın yoxdur, baxımsız qadın var”. Hamınıza hər zaman gözəl olmağı arzu edirəm.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar