Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvan sərhədində

Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində olublar


Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan özünün Facebook səhifəsində yazır.

“Onlar operativ vəziyyətlə yerində tanış olandan sonra komandanlıqla bu istiqamətdə xidmət keçməyin xüsusiyyətlərini müzakirə etdilər. Müdafiə naziri David Tonoyan hərbçiləri daim sayıq olmağa, təxribatlara uymamağa, ancaq düşmənin istənilən hərəkəti barədə xəbərdarlıq etməyə çağırıb”-Ovanisyan yazıb.

Xatırladaq ki, iki gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Naxçıvana səfər edib, bir sıra obyektlərin açılışında iştirak edib və muxtar respublikada dislokasiya olunmuş əlahiddə ümumqoşun ordusuna baş çəkib. Prezident bildirib ki, Azərbaycan ordusunun Naxçıvanda dislokasiya olunmuş birləşməsi ən müasir silahlarla, güclü raketlərlə silahlanıb və düşmənin istənilən həmləsinin qarşısını almağa, uğurlu əks-həmlə həyata keçirməyə qadirdir. Azərbaycan prezidentinin bu səfəri düşmən ölkədə növbəti dəfə “Naxçıvandan qaynaqlanan təhdidlə” bağlı panika yaradıb.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar