Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın danışıqları bərpa etmək üçün absurd şərti: Status-kvo qorunub saxlanılmalıdır


Asim Mollazadə: “Beynəlxalq təşkilatlar sərt mövqe sərgiləməsə, Ermənistan bu siyasətindən geri çəkilməyəcək və danışıqlar prossesi dalandan çıxmayacaq”


Araz Əlizadə: “Əslində prezidentimiz hər dəfə Sarkisyanla görüşəndə onun da, dünya ictimaiyyətinin də boynuna minnət qoyur”.

Ermənistan parlamentinin Xarici Əlqələr Komissiyasının sədri Armen Aşotyan bildirib ki, Dağlıq Qarabağ problemi ətrafında predmetlər üzrə danışıqlara başlamazdan əvvəl Vyana və Sank Peterburq razılaşmaları həyata keçirilməlidir. Hər şeydən əvvəl söhbət təbii ki, ATƏT missiyasının səlahiyyətlərini artırmaqdan və status-kvonun qorunub saxlanılmasından gedir. Azərbaycan üçün bu şərtlər altında danışıqları bərpa etmək məqbuldurmu?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Araz Əlizadə və Asim Mollazadəyə müraciət edib.

Image result for asim mollazadə
Asim Mollazadə: “Bu yolla Ermənistan işğal etdiyi əraziləri öz əlində saxlamaq istəyir”


Mövzu ilə bağlı PİA.AZ-a danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Armen Aşotyanın çıxışını neçə illərdir davam edən münaqişə dövründə Ermənsitanın apardığı taktikanın ayrılmaz komponenti olan uydurmalardan biri kimi dəyərləndirib:

Ermənistan istənilən halda yeni-yeni bəhanələr uyduraraq danışıqları pozmağa və indiki vəziyyəti qoruyub saxlamağa çalışır. Bu yolla Ermənistan işğal etdiyi əraziləri öz əlində saxlamaq istəyir.Təbii ki, müharibə və təcavüzkar siyasəti davam etdirilməli əmrini öz sahibindən alır. Sahibi “stop” əmrini verməyənə qədər bu münaqişə davam edəcək. Buna görə də bu dövlətin  bütün rəsmilərinin çıxışları məhz bu proseslə bağlı hansısa uydurmaları yenidən açıqlamaqdır. Əsas məqsəd isə status-kvonu qoruyub saxlamaq və danışıqlardan yayınmaqdır.

Azərbaycan daima beynəlxalq təşkilatlardan sülhə dəstək gözləyir.Çox istərdik ki, Azərbaycan ərazisini 25 ildən çox müddətdir işğal edən və belə bir siyasət aparan Ermənistana qarşı beynəlxalq təşkilatlar sərt mövqe sərgiləsin. Əks halda Ermənistan bu siyasətindən geri çəkilməyəcək və danışıqlar prossesi dalandan çıxmayacaq”.

Image result for araz elizade
Araz Əlizadə: “Serj Sarkisyan əli-qolu bağlı şəkildə Azərbaycana  gətirilməli və mühakimə olunmalıdır”.


Azərbaycan Sosoial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə isə Aşotyanın çıxışını tam savadsız və məntiqi əsası olmayan fikir hesab edib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü bildirib ki, ATƏT tövsiyyəverici  orqandır və yalnız tövsiyyə xarakterli qərarlar qəbul edə bilər:

“Onu deyə bilərəm ki, erməni tərəfi bu sözlərlə yenə öz naşılığını göstərir. ATƏT-in özünün hansı səlahiyyətləri var ki, Minsk qrupunun da həmin səlahiyyətləri artırılsın? ATƏT tövsiyyəverici  orqandır və yalnız tövsiyyə xarakterli qərarlar qəbul edə bilər. Yəni bu, o deməkdir ki, ancaq məsləhət verə bilər. Məsləhət verə qurumun hansı hüquqlarını artırmaq olar? Bu tam savadsız mövqe və istəkdir. İkincisi və ən əsas məsələ də odur ki, hazırkı status-kvo uzun müddət qorunub saxlanıla bilməz. Çünki o daimi status deyil və bölgədə müharibəni körükləyən əsas faktordur. Ermənilər  dünya güclərinin Azərbaycana təzyiq etməsini və Azərbaycanın öz suvereni  hüquqlarından istifadı edırık torpaqlarını azad etməsi üçün addımlar atmasını istəmir.

Hər dəfə həmsədr plkələr Azərbaycan prezidentindən Ermənistan prezidenti ilə görüşməyi xahiş edirlər. Ermənistan prezidenti kimdir? Əli qanlı qatil. Ermənistan prezidenti Azərbaycan ərazisində soyqırım cinayəti törətmiş terrorçudur. Əslində prezidentimiz hər dəfə Sarkisyanla görüşəndə onun da, dünya ictimaiyyətin də boynuna minnət qoyur.

Əslində Serj Sarkisyan əli-qolu bağlı şəkildə Azərbaycana  gətirilməli və mühakimə olunmalıdır.Özü boynuna alıb ki, müdafiə naziri olarkən Robert Koçaryan ilə qarabağ ermənilərinin liderləri kimi Xocalı genosidinin keçirilməsində günahkardırlar. Bizim prezident alicənab və beynəlxalq hüquqa hörmət etdiyi üçün onunla görüşür və sülh prossesini müzakirə edir”.

Sübü ƏZİZLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar