Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistandakı “seçkilər” Qarabağ məsələsinin dinc həllini quyunun dibinə atdı


Sərkisyan diqqəti seçki saxtakarlıqlarından yayındırmaq üçün Qarabağda vəziyyəti gərginləşdirə bilər; hərbi ekspert Üzeyir Cəfərov təxribat ehtimalı ilə bağlı xəbərdarlıq edir; politoloq Elxan Şahinoğlu: “Sərkisyanın ”qələbəsi" Ermənistanı uçuruma aparacaq”


Ermənistan Mərkəzi Seçki Komissiyasının yekun hesablamalarına görə, seçicilərin 49,12 faizi hakim partiyanın namizədlərinə “səs verib”. 

Komissiya sədri Tiqran Mukuçyan iddia edib ki, “gərgin” keçən hesablamaların sonucunda 4 blok və partiyanın parlamenti formalaşdırmaq hüququ qazandığı aydın olub. Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasından əlavə “Tsarukyun” və “Çıxış” bloku, həmçinin Daşnaksütyun Partiyası parlamentə buraxılıb.

Bir çoxlarının gözləntilərinə rəğmən, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi “Konqres”-"EXP" bloku mandatsız qalıb. Ən əcaibi odur ki, ölkənin prezidenti olmuş, hətta ötən ilin aprel müharibəsindən sonra S.Sərkisyanın ayağına getdiyi Ter-Petrosyanın blokuna cəmi 25 mindən bir az artıq seçicinin səs verdiyi iddia olunub. Sabiq müdafiə naziri Seyran Ohanyanla bağlı vəziyyət bəllidir. Seçkiöncəsi Ohanyanın adamını “İqla” zenit-raket kompleksi qaçaqmalçılığında ittiham edib damlayan hakimiyyət keçmiş nazirin də başı üstündə kölgələr əsdirir.

İşğalçı ölkədəki seçkiləri müşahidə etmiş beynəlxalq nümayəndə heyətləri, xüsusilə də ATƏT, Avropa Parlamentindən gələnlər hələ ki yekun rəy verməyiblər. Ancaq MDB-dən olan belaruslu müşahidəçi iddia edib ki, ilk dəfə Ermənistandakı seçkilərlə bağlı ATƏTMDB-nin rəyi üst-üstə düşüb. Lakin ölkədə o qədər geniş miqyasda saxtakarlıqlar olub ki, hətta prokurorluq da “gözdən pərdə asmaq üçün” 6 cinayət işi qaldırıb, 1 nəfər həbs edilib, 1600-ə yaxın fakt üzrə araşdırmalar aparılır. Əslində bu, “demokratiya” görüntüsü yaratmaqdır, Sərkisyan rejimi ölkəsini fəlakətə sürükləyən addım atıb. Ölkənin sabiq baş naziri Qrant Baqratyan da bu fəlakətlərdən xilas yolu kimi yeni hakimiyyət formalaşdırmağı təklif edib. “Biz hakimiyyətə gəlmək və Ermənistandakı mövcud vəziyyəti dəyişmək istəyirik. Ermənistanın normal, demokratik ölkə olması, insanların özlərini insan kimi hiss etmələri üçün biz bu oliqarxiya idarəçiliyindən qurtulmalıyıq” - sabiq baş nazir deyib.




Hakimiyyətin ac-yalavac saxladığı erməni seçicilər Robert Köçəryanın dediyi kimi, səslərini 8 dollara satmağa qərar veribsə, bu, onların öz işidir. Deməli, erməni xalqı taleyi ilə barışıb və “Qarabağ klanı”nın bundan sonrakı mərhələ üçün də vəd etdiyi fəlakətləri qəbul etməyə hazırdır. Lakin bu seçkinin Qarabağ məsələsinin həllinə bundan sonrakı təsiri baxımından bizi maraqlandıran məqamlar var. Son nəticədə qərbyönlü və Qarabağda sülhün tərəfdarı olan və ölkəni növbəti fəlakətlərdən sığortalamaq üçün təcili güzəştli Qarabağ anlaşması əldə etməyə çağıran Levon Ter-Petrosyanın parlament kandarında saxlanılması Ermənistanda müharibə tərəfdarlarının yola davam edəcəyinə şübhə yeri qoymur. Düzdür, bir sıra ekspertlər Qarabağdakı cinayətləri Sərkisyandan az olmayan Ter-Petrosyan və S.Ohanyanın, sadəcə, Qərbə xoş gəlmək və yad torpağında əsgər itirmək istəməyən sadə xalqın səsini qazanmaq üçün reveranslar etdiyini zənn edirdi. Şübhəsiz ki, bu arqument əsassız deyildi.

Amma nəticə budur ki, seçki ərəfəsində Qarabağdan Azərbaycanı işğal altındakı Xankəndi şəhərindən “İsgəndər” raketi ilə hədələyən, müharibəyə təhrik edən Sərkisyan yeni hökuməti formalaşdırmaq imkanı qazandı. Məsələ aydındır, S.Sərkisyan hətta sifariş yerinə yetirən “exit poll”un açıqladığı nəticələrlə az qala üst-üstə düşən nəticəni partiyasının qarşısına yazdırdı. Amma istənilən halda bu, erməni xalqının da seçimi sayılır, əks təqdirdə, xalq üsyanının şahidi olardıq.

Image result for Armenia votes

Növbəti çoxluğa malik olan Qagik Tsarukyan və Ovik Abramyan cütlüyünün “Tsarukyan” bloku da Rusiyaya bağlı qüvvə kimi xarakterizə edilir. Deməli, Avropa ilə əməkdaşlıq edəcəyi barədə iddialar səsləndirib sonda Rusiyaya, Putinin hüzuruna gedən S.Sərkisyan adı gələcəkdə baş nazir olmağa şanslı namizədin Q.Tsarukyanın blokuna yaşıl işıq yandırmaqla, əvəzində qərbmeyilliləri kənarda saxlamaqla Moskvanın əlaltısı olduğunu isbat etdi.

Bu arada Startfor təşkilatı da Rusiyadakı seçkilərin nəticələrini Rusiya-Ermənistan hərbi münasibətlərinin ruhuna uyğun nəticə kimi qiymətləndirib. Təşkilatın da vurğuladığı kimi, Rusiya onsuz da Ermənistanda antirus partiyasının irəli çıxa biləcəyindən narahat deyildi. Görünür, seçkinin nəticəsi Kremli o dərəcədə məmnun edib ki, elə səhəri gün prezident Putin Ermənistan-Rusiya diplomatik əlaqələrinin 25 illiyi ilə bağlı İrəvana bəlağətli bir məktub yollayıb. Belə olan şəraitdə Qarabağ məsələsinin dinc yolla çözülməsi imkanları tam qapanmış olur. Artıq müharibə ritorikasını özünün həyat devizinə çevirmiş S.Sərkisyan 2018-ci ildə, prezident səlahiyyətləri bitəndən sonra da hakim partiyanın sədri olaraq iddialarından əl çəkməyəcək.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sərkisyanın öz hakimiyyətini möhkəmləndirmək istiqamətində növbəti addım atdığını düşünür. “Yeni Müsavat”a açıqlamasında o bildirdi ki, parlamentli respublika şəraitində o, ya özü baş nazir olacaq, ya da əlaltılarından birini təyin edəcək. Ekspert şübhə etmir ki, seçkilər Rusiya istəyən nəticələrlə sonuclandı: “Ancaq Sərkisyanın bu ”qələbəsi" Ermənistanı daha çox uçuruma aparacaq. Çünki onun hakimiyyətini davam etdirməsi iki ölkə arasında müharibə ehtimalını artıracaq".

Politoloq bu fikirdədir ki, Sərkisyanı müharibədə məğlub etməklə, Ermənistan müxalifətini hakimiyyətə ancaq Azərbaycan ordusu gətirə bilər. O, 2 aprel nəticələrini təəccüblü saymır: “Ermənistanda gözlənilən baş verdi. Separatçı Qarabağ klanı Ermənistan parlamenti üzərindəki nəzarətini gücləndirdi. 2 aprel parlament seçkisinin nəticəsindən fərqli heç nə çıxmadı. Prezident Serj Sərkisyanı sərt tənqid edən hər iki müxalif bloku parlamentdən kənarda qaldı. Halbuki müxalifət adına keçirdikləri mitinqlərdə kifayət qədər etirazçı toplaya bilirdilər. Buna baxmayaraq, parlamentə müxalifət adına hakimiyyətlə bir çox dəyərləri bölüşdürən ”Çiçəklənən Ermənistan" və Daşnaksütyun partiyaları düşdülər. Bu nəticələri necə dəyərləndirmək lazımdır? Birincisi, 20 ildir Ermənistanda hakimiyyəti nəzarətdə saxlayan separatçı Qarabağ klanı yaxın illərdə iqtidarını qoruyacaq. Konstitusiya dəyişdiyindən, əsas rol parlamentə və hökumətə keçir. Serj Sərkisyan hər ikisi üzərində nəzarətini saxlayacaq. Bu, o vaxta qədər davam edəcək ki, Ermənistan cəmiyyəti inqilab və ya silah gücünə bu hakimiyyəti devirməsin. Əks halda, indiki klan “seçki yolu ilə” hakimiyyətdən gedən deyil".

Ekspert şübhə etmir ki, Ermənistan müxalifəti seçki nəticələrinə hansısa formada etiraz edəcək: “Ancaq bunun ümumi nəticəyə təsiri olmayacaq. Sərkisyan prezident seçkisində onlarla vətəndaşını gülləbaran etmişdi. İndi də lazım gəlsə vətəndaşlarının qanını tökər, ancaq geri addım atmaz. İkincisi, Ermənistanda parlament seçkisinin nəticəsi Qarabağ danışıqlarında irəriləyişin olmayacağına işarədir. İşğal davam edəcək və Sərkisyan əvvəlkitək status-kvonu uzatmağa çalışacaq. Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacib olduğunu düşünən siyasətçilər var. Ancaq biz nə vaxtsa onların hakimiyyətə gələcəyini gözləyə bilmərik. Vaxt gedir. Qarşımızdakı eyni qüvvədir və onunla danışmağın yolu bəllidir. Sərkisyan ancaq güclə hesablaşır. Güc isə Azərbaycan ordusudur”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da hesab edir ki, son sözü silah deməlidir: “Beləliklə, cinayətkar Serj Sərkisyan öz məqsədlərinə nail oldu. Seçkilər çox böyük pozuntu və saxtakarlıqlarla müşayiət olundu və hesab edirəm ki, seçki bitsə də, qarşıda çox böyük gərginliklərin olacağı qaçılmazdır. Şəxsi qənaətimə görə, bundan sonra da Qarabağ münaqişəsi ətrafında daha da ciddi vəziyyət davam edəcək. Seçkilərin saxta nəticələrindən diqqəti yayındırmaq və daxildə gərginliyin saxlanması üçün Sərkisyan və yaxın ətrafı çalışacaq ki, qoşunların təmas xəttində təxribat hərəkətləri törətsinlər. Belə bir şəraitdə bizim edə biləcəyimiz yeganə yol Silahlı Qüvvələrin döyüş hazırlığının daha da artırılması və veriləcək əmrlərə hərtərəfli hazır olmaqdır. Bundan sonra da Ermənistanın hazırkı rəhbərliyi çalışacaq ki, Qarabağla bağlı status-kvo dəyişməz qalsın. Prinsip etibarı ilə bizə əvvəldən də bəlli idi ki, 20 ildən artıq müddətdə Qarabağda işğalçılıq siyasətini həyata keçirən ermənilər havadarlarının göstərişlərinə əsasən yenə əvvəlki kimi fəaliyyət göstərməyə davam edəcəklər. Ötən ilin aprel hadisələrində yaşadıqları məğlubiyyət sindromu Ermənistanın siyasi-hərbi rəhbərliyini çox qorxuya salıb. Və onlar bərk narahatdırlar ki, Azərbaycan bütün mümkün vasitələrdən istifadə edəcək və ərazi bütövlüyümüz danışıqlar yolu ilə də olmasa, güc amilindən istifadə edilərək tam bərpa olunacaq”.

Ü.Cəfərov xatırlatdı ki, bu ilin əvvəllərində Silahlı Qüvvələrimiz Ermənistan ordusuna davamlı surətdə çox ciddi cavab zərbələri endirdi: “Özü də hər dəfə erməni hərbçilərdən ya bir, ya da iki əsgər və zabit cəhənnəmə vasil edilirdilər. Düşünürəm ki, bütün cəbhə boyu bu işi daha da aktiv şəkildə davam etdirmək lazımdır. Bu itkilər isə Ermənistanda daxildə çox böyük narazılıqlara gətirib çıxaracaq. Bizə lazımdır ki, həm cəbhədə, həm də bədnam qonşularımızın öz daxilində daim narazılıqlar və aktiv etirazlar baş versin. Bəlkə onda bu həyasızlar öz havadarlarına başa sala bildilər ki, onları bu ağır missiyadan xilas etsinlər, yəni torpaqları öz qanuni sahibinə - Azərbaycana qaytarsınlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Ən çox oxunanalar