Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda yeni hakimiyyət Qarabağ klanına savaş açıb


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir


Baş nazir Nikol Paşinyanın Sarkisyan rejimin üzvülərinə qarşı korrupsiya və dövlət əmlakını mənimsəmə maddələri ilə cinayət işinə başlamaq təlimatını verməsi ilə Qarabağ klanının neytrallaşdırılmasına start verildi.

İlk əvvəl, bu klanın məşhur üzvü, yarım hərbi təşkilatın sədri və Sarkisyanın yaxın müttəfiqi Manvel Qirqoryanın həbsi oldu. Çünki, Manvel Qirqoryan böyük maliyyə imkanlarına sahib olaraq Sarkisyanın təlimatı ilə hərbi çevrilişə hazırlaşırdı. Bu,açıq qeyd edilməsə də oratada olan faktlar bunu deməyə əsas verir. Qirqoryanın əmlaklarından çıxan silah sursat hakimiyyət çevrilişi üçün nəzərdə tutulurdusa, bəs nə üçün idi?... Bu çevriliş və revanş növbədənkənar parlament seçkilərində həyata keçirilməsi ərəfəsində cəhd edilə bilərdi.

Qeyd edim ki, Paşinyanın Qərbpərəst siyasəti və Qarabağ kalnını siyasi səhnədən uzaqlşdırması, Kreml -Sarkisyan ittifaqını ortaq məxrəcə gətirirdi. Hazırda Rusiyanın Paşinyandan narazılığı açıq sezilir və müdaxilə imkanları yetərsiz olduğu üçün bunu Sarkisyan və Qirqoryan xətti ilə həyata keçirməsinə hazırlaşa bilərdi. Ona görə də Paşinyan seçki öncəsi güclü və Kremlə bağlı olan müxalifəti neytrallaşdırması, hakimiyyətə gələn gündən başladı. Çünki, islahatlara gedib, bu məsələləri həllini sonraya saxlasa idi, özünün devrilməsi qaçılmaz olacaqdı. Sarkisyan və klanı hesab edirdi ki, yeni hakimiyyətin başı islahatlara qarışacaq və bu islahatlar nəticəsiz olacaq. Bundan istifadə edib, Paşinyanı devirəcəklər. Göründüyü kimi isalahatlara başlamazdan ilk əvvəl, birinci qarşısında maneələri aradan qaldırmağı həyata keçirən Nikol, Ermənistanda Rusiyanın dayaqlarını zəiflətməyə və sıradan çıxarmaqla başladı. O, Putinlə görüşdə dostluq və müttəfiqlikdən danışır, ölkəsində isə, anti-Rusiya siyasəti həyata keçirir.

Ermənistan da həbslər Sarkisyanın qardaşlarından da yan keçmədi. Çünki, Nikol Paşinyan Sarkisyanın qardaşlarını həbs etdirməklə, istintaqa çağırmaqla, Serjə mesaj vermiş oldu. Çünki, Serj Sarkisyan Paşinyana qarşı yeni ssenarinin üzərində çalışırdı. Bu həbs, məhz Serjin özünə də şamil ola bilər.Onun qardaşlarının cinayətləri 10 illik hakimiyyət dövründə həyata keçirilib.

Qeyd edim ki, baş nazirlikdən Sarkisyana Qarabağ danışıqları üzrə hər hansı görəvin verilməsi barədə açıqlaçaları məhz Qarbağ klanını sakitləşdirməyə hesablanıb. Təbii ki, Nikol Paşinyan Sarkisyana öz hakimiyyətinidə yer verməz. Çalışacaq ki, SarkisyanRobert Koçaryanın dayaqlarını Ermənistanda laxlatmaqla Rusiyanın təsirini azaltsın.

Ermənistanda köhnə hakimiyyətin üzvülərinə qarşı iddiihamlar, həbslər bir başa Rusiya və onun himayə etdiyi qruplara qarşıdı. Əgər, bu güclü qruplar sıradan çıxarılmasa, Paşinyan heç bir islahatlara gedə bilməyəcək. Hələki, SarkisyanRusiyanın müqaviməti görünmür. Bunun səbəbi yenidən xalqın ayağa qalxmasıdır. Əsas müqavimət növbə
dən kənar seçkilərə hazırlanırıdı.

Ermənistan da siyasi vəziyyətin mürəkkəbləşəcəyi qabaqdadır. Sarkisyanın Respublikaçılar partiyasından sabiq baş nazir, Rusiyanın adamı Karen Karapetyan istefa vermiş oldu. Onun istefası bir sıra siyasi mətləblərdən irəli gəlir. Rusiya Nikol Paşinyanla danışıqlarda Karen Karapetyanı yeni hakimiyyətdə təmsil olunmasını istəyəcək. Rusiya hər vəchlə çalışır ki, yeni hakimiyyəti öz nəzarətində saxlasın. Bunu Karen Karapetyan vasitəsiilə planlamağı hesablayır. Amma Paşinyan Karen Karapetyanı öz kabinetinə gətirməsi Rusiya ilə danışıqlar və şərtlərdən asılı olacaq. Nikol Paşinyanın kabinetinə fikir versək, burada Rusiyaya bağlı şəxsləri görmək mümükün deyil. Ona görə də Karapetyanın yeni hakimiyyətdə təmsil olunması real görünmür.

Ermənistanda siyasi vəziyyətin normallaşması mümükün görünmür. Bu qeyri- siyasi vəziyyət Qarabağ münaqişəsinin həllini mümkünsüz edir. Görünür, rəsmi Bakı Paşinyanın Qarbağ klanını sıradan çıxarmaqla, yeni danışıqlara başlaycağını gözləyir. Qarabağ kalnın güclü olması, Paşinyanın hər hansı danışıqlarda kompromisə gedəcəyi mümkünsüz görünür. ABŞ və Qərbdə Qarabağ münaqişəsinin həllini Rusiyasız mümkün hesab edirlər. ABŞ və Qərb Rəsmi Yerevadan münaqişənin ədalətli həllini tələb edəcəyi yalnız onda ola biləcək ki, Ermənistanda Rusiyanın mövqeyi itirilmiş olsun. Əgər, Nikol Paşinyan konfliktin həllini xələfi kimi davam etdirsə, Azərbaycan ilk hərbi zərbə ilə vəziyyəti 160 dərəcə dəyişə bilər. Bu mümkündü və keçirilən hərbi parad buna hesablanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar