Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda prezident - baş nazir qarşıdurması baş verə bilər


Ekspertlərdən işğalçı ölkədəki prezident seçkiləri ilə bağlı ilginc təhlillər


Ermənistanda hakimiyyətdə struktur dəyişikliyinə hazırlıq gedir. Prezident Serj Sərkisyan prezident kürsüsündən baş nazir kürsüsünə keçmək istəyir. Sərkisyanın məqsədi hakimiyyətinin ömrünü mümkün qədər uzatmaqdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanda mart ayında keçiriləcək prezident seçkiləri ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi. Ekspert xatırlatdı ki, artıq Ermənistan Konstitusiyası dəyişib və bu ildən əsas fiqur prezident yox, baş nazir olacaq: “Sərkisyan məhz elə bu məqsədlə sözəbaxan prezident axtarışında Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyana üstünlük verib. Hakim partiya həmin şəxsi prezident seçdirəcək”.

Ancaq E.Şahinoğlu hesab edir ki, gələcək prezident ssenarini poza da bilər: “Məsələn, Gürcüstanda hakim partiya istədiyi şəxsi prezident kürsüsündə otuzdurdu. Ancaq Gürcüstan prezidenti zaman-zaman baş nazirin fərmanlarının və təyinatlarının əleyhinə çıxır və müəyyən qarşıdurmalar yaranır. Ona görə də Ermənistanda gələcəkdə prezident-baş nazir qarşıdurmasının baş verməyəcəyini söyləmək çətindir”. Politoloq qeyd etdi ki, Dağlıq Qarabağ danışıqları baxımından Ermənistanda unikal vəziyyət yaranır: “Konstitusiya dəyişikliklərinə qədər danışıqlara Ermənistan prezidenti məsul idi. İndi isə prezidentin səlahiyyətləri azaldılacaq. Demək, mümkündür ki, danışıqlarda Ermənistanı prezident yox, səlahiyyətləri artırılan baş nazir təmsil etsin. Doğrudur, böyük ehtimalla Azərbaycan prezidenti ilə yenə də Serj Sərkisyan görüşəcək. Ancaq bu dəfə o, parlamentin rəyini də nəzərə almalıdır. Əgər əvvəllər Serj Sərkisyan prezident kürsüsünə istinad edərək hər hansı razılaşma ətrafında qərar verə bilirdisə, bu dəfə parlamentdəki qüvvələrin rəyini nəzərə almaq məcburiyyətində qalacaq. Bunun danışıqlara elə bir ciddi təsiri olacağını düşünmürəm. Onsuz da Serj Sərkisyan və ya ondan əvvəlki prezident Robert Köçəryan danışıqlarda heç bir real addım atmadılar. Baş nazirin də işğalçı siyasətdən vaz keçəcəyini düşünmürəm. Sadəcə, parlament tez-tez yeni baş nazirdən Qarabağ danışıqları ilə bağlı hesabat tələb edəcək və baş nazir hər dəfə deputatları məlumatlandırmalıdır. Bunu rəsmi Bakı da nəzərə almalıdır. Mənə elə gəlir ki, Azərbaycan parlamenti də il ərzində bir neçə dəfə danışıqların gedişatı haqqında məlumatlandırılmalıdır ki, qarşı tərəf bu məsələdə üstünlük qazanmasın”.

Bu arada S.Sərkisyanın namizəd göstərdiyi səfir Londona qayıtdı. O bildirib ki, düşünüb qərar verəcək. Ortaya sual çıxır, səfir niyə tərəddüd edir? Ermənistanın mövcud durumuna görə, yoxsa Rusiya və ya başqa ölkələrdən dəstək almaq istəyir? Yəni Aram Sərkisyan Rusiyanın da namizədidir, yoxsa Moskva hazırkı baş nazir Karen Karapetyanı müdafiə edir?

E.Şahinoğlu: “Əlbəttə, Ermənistanda prezidentin və baş nazirin kimliyi Moskva ilə qeyri-rəsmi şəkildə razılaşdırılmalıdır. Çünki Ermənistan tamamən Rusiyadan asılıdır. Ancaq hesab etmirəm ki, prezident Qərb ölkələrinin birində çalışan səfir olacaqsa, Moskva mütləq onun əleyhinə getməlidir. Ona qalsa, Ermənistanın hazırkı xarici işlər naziri Edvard Nalbəndyan bu vəzifəyə Fransadakı səfir postundan gətirilmişdi. Hardan gəlirsə-gəlsin, Moskvaya itaət etməlidir və hakim partiyada və diplomatik korpusda hər kəs bu amillə hesablaşır”. Politoloq qeyd etdi ki, S.Sərkisyanın hakimiyyət bölgüsü Moskvada təsdiq olunmalıdır: “Kim bilir, bəlkə Moskva Karen Karapetyanın prezidentliyində israr etdi və ya onun baş nazir kimi davam etməsinə üstünlük verdi. Ona görə də Sərkisyan 3 mərhələ keçməlidir. Birinci mərhələ prezidentin və baş nazirin kimliyini müəyyənləşdirməlidir, ikinci mərhələdə Moskvanın bu təyinatlara razılığını almalıdır, üçüncü mərhələdə həmin şəxsləri seçdirməlidir”.

Politoloq Arzu Nağıyev isə əməkdaşımıza bildirdi ki, kimin prezident olması Sərkisyan üçün çox önəmli və vacibdir: “Onun əsas namizəd kimi göstərdiyi Armen Sərkisyan Böyük Britaniyada səfir, geniş biznes imkanlarına malik, Avropanın aparıcı siyasətçiləri ilə münasibətləri olan şəxsdir. O, Ermənistanın baş naziri olub və siyasi və iqtisadi problemləri bilən şəxsdir. Yəni hazırkı prezident Armen Sərkisyanı dövlət başçısı kürsüsünə əyləşdirməklə ilk növbədə Rusiyaya Avropaya meylli olmaqla bağlı bir ismarış göndərir və daxili ictimai rəyə təsir edəcək bir addım atır. Eyni zamanda Armen Sərkisyanın ”Qarabağ klanı"ndan olmadığını qabardır. Baxmayaraq ki, seçki öncəsi oynanılan kart əlbəttə ki, “Qarabağ kartı”dır. Bundan başqa, Rusiya və onun sərhəd qoşunları və bazaları ilə bağlı verilən bəyanatları da bunun bariz sübutudur". Hazırkı baş nazir Karen Karapetyanın necə davranacağına gəldikdə, A.Nağıyev bunları söylədi: “O, birmənalı şəkildə Rusiyanın ”adamı"dır və təbii ki, Kremlin siyasətini yürüdən və həyata keçirən şəxs olacaq. Maraqlısı odur ki, martın 2-də kimin prezident olmasından asılı olmayaraq, aprelin 9-da artıq baş nazir məsələsi də həll edilməli və əsas səlahiyyətlər ona verilməlidir. Zənnimcə, kimin seçilməsindən asılı olmayaraq, Sərkisyan rejimi saxlanılacaq və Dağlıq Qarabağ məsələsində status -kvonun qorunması üçün müvafiq addımlar atılacaq. Armen Sərkisyan da bunu başa düşür və nəyin nə ilə əvəz edilməsinin fərqindədir, imtina məsələsi də ona görə gündəmə gəlib. Bütün təhlillər göstərir ki, Ermənistan hakimiyyəti bugünkü rejimi saxlamaq niyyətindədir və Rusiya da onu dəstəkləyir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar