Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda müharibə xofu - şimal hədələri hədəfə dəyib


Moskvadan qəzəbli reaksiyalar düşmənin təlaşını artırıb; İşğalçı ölkə “2-ci Ukraynaya çevrilə” bilər; erməni politoloq: “Rusiya Azərbaycanı bizə qarşı yeni müharibəyə sürükləyir...”


Rusiya-Ermənistan müttəfiqliyi sınaqla üzləşib. Daha çox da rəsmi İrəvanın son vaxtlar Rusiyanı qıcıqlandıran addımlar atması, hətta xarici siyasəti şaxələndirmək istəyini ortaya qoyması, o sırada bir ayda Rusiya əleyhinə olan iki NATO təliminə qatılması, habelə noyabrda Avropa Birliyi (AB) ilə çərçivə sazişi imzalamağa hazırlaşması Ermənistanın öz ağasına qarşı riskli demarşları kimi qiymətləndirilir.

İşğalçı ölkə ilə bağlı bu gəlişmələr artıq Rusiyadakı Kremlə yaxın ekspertlər səviyyəsində də həm fiksə, həm də təhlil edilməkdədir. Ötən sayımızda qeyd elədiyimiz kimi, hətta məsələn, Rusiyadakı ermənipərəst “Regnum” agentliyinin baş redaktoru, Kremlə yaxınlığı ilə tanınan politoloq Modest Kolerov Ermənistanın NATO-ya, Qərbə qarşı son gedişlərinə qəzəbli reaksiya verib - özü də 1in.am erməni saytına müsahibəsində.

Bundan bir gün sonra isə Rosbalt.ru nəşri Ermənistanla bağlı böyük və daha sərt bir tənqidi məqalə dərc edib. Keçən sayımızda bu barədə yazmışıq. Həmin məqalədə İrəvanın Moskvaya sədaqəti şübhə altına qoyulur və o, açıqca hədələnir, “özünü yaxşı aparmazsa”, xarici siyasətdə bir neçə “stulda” oturmaq siyasətini davam etdirsə, Moskvanın onu Qarabağla cəzalandıra biləcəyi xüsusi vurğulanır.

***

Erməni siyasi şərhçilər də belə görünür ki, vəziyyətin fərqindədirlər. Musavat.com-un verdiyi xəbərə görə, bu xüsusda 1 in.am nəşrinin analitiki Sarkis Arsrunu yazır: “Rusiya Ermənistanın Gürcüstandakı NATO təlimlərində iştirakını həzm edə bilmir. Hətta bu iştirak Kremllin özü ilə razılaşdırılsa belə, Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalarından və ABŞ-ın vitse-prezident Maykl Pensin Gürcüstana səfərindən sonra vəziyyət kəskin dəyişib. Bir neçə Rusiya nəşri Ermənistanın Rusiyaya sadiqliyini açıq-aşkar şübhə altına qoymağa başlayıb”.

Erməni politoloq bu yerdə Modest Kolerovin adını çəkir, onun məsələdə yetərincə sərt mövqe ortaya qoymasına və aşağıdakı sitatına bir daha diqqət yönəldir: “Kolerov deyib: ”Ermənistan özü deyirdi ki, NATO ilə həmrəylik içindədir. Ancaq bu həmrəylik Türkiyə və Azərbaycanla birgə iştirak fonundadır. Və əgər Ermənistan Türkiyə və Azərbaycanla birgə belə layihələrdə iştirak edirsə, bu, o deməkdir ki, Rusiya ilə birləşmiş qruplaşma ona lazım deyil. O zaman qoy İrəvan Türkiyə və Azərbaycanla barışmaq üçün NATO-nu çağırsın". Beləcə, rusiyalı məmurlara öz mesajlarını və ya hədələrini müvafiq auditoriyalara nəyin bahasına olur-olsun çatdırmaq taktikası xasdır... Deməli, “qoy İrəvan Türkiyə və Azərbaycanla barışmaq üçün NATO-nu çağırsın” ifadəsi ilə də Kolerov diplomatik şəkildə bizə işarə edir ki, NATO təlimlərində iştirak Ermənistana çox baha, hətta ola bilər ki, Qarabağda müharibə hesabına başa gələcək".

Erməni şərhçi məqaləsini bu sözlərlə bitirir: “Moskvada Azərbaycanın yeni müharibəyə başlaması üçün kart-blanş verməyə ”legitim" əsas tapıblar. Guya Ermənistan hakimiyyəti öz xarici siyasətini dəyişib. Yəni Kreml işarə vurur ki, əgər İrəvan NATO ilə əməkdaşlığa davam eləsə və ya hətta Alyansla yeni anlaşma imzalasa, o zaman bütün bunlar Azərbaycanı Ermənistana qarşı yeni bir müharibəyə sövq edə bilər - günah da Ermənistanın “qərbyönlü” hakimiyyətinin üzərində qalar".

***

Söz yox ki, Ermənistanı ram eləmək üçün Rusiya qədərindın artıq rıçaqlara malikdir. Onları sadalamağa lüzum görmürük. Daha biri isə az yuxarıda qeyd edildi - Kreml cəmi bir həftəliyə Qarabağ məsələsində neytral qalarsa, qarışmasa və işğalçı Ermənistanın arxasında durmayacağına işarə versə, Azərbaycan qısa zamanda işğal altındakı ərazilərin əhəmiyyətli bir hissəsini azad edər. Erməni tərəfini ən çox təlaşlandıran budur.

Bununla belə, erməni toplumunda anti-Rusiya ovqatı da var və hətta son vaxtlar güclənib. Bununla bağlı digər erməni politoloqu və şərqşünası Karine Gevorkyanın qeydləri maraqlıdır. Musavat.com onun fikirlərindən aşağıdakı sitatı təqdim edir: “Ermənistanda anti-Rusiya əhvalı ilə bağlı situasiya kritik nöqtəyə yaxınlaşır. Əgər Qərb ölkədə ən aktiv şəkildə fəaliyyət göstərirsə, Rusiya hakimiyyətin müttəfiq ölkələrin cəmiyyətləri ilə yetərli işləmir. Ermənistanda çoxlu sayda Qərb fondları və Amerika yönlü siyasətçilər var... Bu zaman üstəlik, ABŞ-dakı erməni icmasının təsir imkanları da nəzərə alınmır... Ermənistan elə Ukrayna kimi bir yerdir: burda da eyni şəkildə oliqarxlarla işləyir, cəmiyyətlə işləmirlər. Bizdə bircə Rusiyayönlü resurs, bircə Rusiyayönlü siyasətçi də yoxdur. Biz onların hamısını itirmişik. Ukraynadakı vəziyyətin oxşarı bizdədir və biz bu situasiya qırılma həddinə çatıb”.

***
Yuxarıdakı şərhlərdən də göründüyü kimi, Rusiya-Ermənistan müttəfiqliyi əslində özünün ən gərgin dönəmlərindən birini yaşayır. Bu dönəmin kulminasiyası isə yəqin ki, payızda Ermənistanın AB ilə çərçivə sazişi imzalayacağı tarix olacaq. Bir şey aydındır ki, müttəfiqlik sınağından itki ilə çıxacaq yeganə tərəf məhz işğalçı Ermənistan olacaq.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar