Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, bölgədə sülhə nail olmaq olar?


Fazil Mustafa: “Rusiyanın diqtəsi olmadan Ermənistanın hansısa təşəbbüslərinin real məzmunu yoxdur”


Zaur Əliyev: “Hazırkı vəziyyətdə “Madrid Prinsipləri” ermənilərə yeganə çıxış yolu kimi görünür”.

Zaur Məmmədov: “İran ətrafında baş verəcək hadisələr və Trump-Putin arasında gözlənilən qarşıdurma  da ermənilərə heç də yaxşı nəsə vəd etmir”.

Aprel ayında Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edən siyasi partiya və bloklar seçkiqabağı platformalarında və çıxışlarında Qarabağ münaqişəsinin nizamlanması məsələsinə geniş yer ayırırlar. Ermənistan müxalifəti  Ermənistanın və “DQR”-in təhlükəsizliyinin təmin olunmasından ötrü ölkəni qonşu ölkələrlə münaqişə vəziyyətindən və onu blokadaya salan situasiyadan qurtarmaq üçün ATƏT-in Minsk qrupunun 2007-ci ildə təklif etdiyi Madrid prinsiplərinə uyğun qaydada Dağlıq Qarabağ probleminin həlli təklifi ilə çıxış edirlər. Ermənistan müxalifətini belə bir təkliflə çıxış etməyə nə vadar edir? Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, bu zaman Dağlıq Qarabağ probleminin həllinə nail olmaq mümkündürmü?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev və siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədovun fikirlərini öyrənib.

Image result for fazil mustafa 2017

Fazil Mustafa: “Ermənistan müxalifətinin nəyisə təklif etməsi Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa bir şəkildə  rol oynamır”.


Ermənistan müxalifətinin münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifin arxasında Rusiyanın dayandığını bildirən deputat Fazil Mustafaya görə, Ermənistan Rusiyanın göstərişi olmadan heç bir təklif irəli sürə bilməz:

Ermənistan müxalifətinin nəyisə təklif etməsi Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa bir şəkildə  rol oynamır. Eyni zamanda münaqişənin həllinə təsir də göstərmir. Çünki Ermənistanın özü dövlət olaraq nəyisə təklif etmək iqtidarında deyil. Ermənistanın bütün hərbi birləşmələri Rusiyaya tabedir və Rusiyanın diqtəsi olmadan hansısa təşəbbüslərinin də real məzmunu yoxdur. Bu baxımdan istər “Madrid prinisipləri”, istərsə də başqa prinsiplər Rusiyadan diqtə olunmasa, Ermənistan bu məsələdə təşəbbüs qaldırmaz. Qaldıra bilməz. Çünki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ birbaşa Rusiya ilə bağlıdır və qərar ancaq Kremldən verilə bilər”.

Image result for zaur əliyev

Zaur Əliyev: “Azərbaycanın hərbi istiqamətdə göstərdiyi müsbət nəticələr daxilimizdə ikinci bir erməni dövlətinin yaranmasına izn verməyəcəyini göstərdi”.


Erməni müxalifətinin təklifinin əhəmiyyətsiz olduğunu  vurğulayan siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev hesab edir ki, bu təklif erməni tərəfinin yeganə çıxış yolu idi:

“Qeyd edim ki, artıq regionda əvvəlki Azərbaycan yoxdur. Erməni tərəfi hər zaman düşünürdü ki, xaricdən aldığı siyası dəstək və əldə etdikləri sursat Azərbaycanın gözünü qorxudub. Azərbaycanın sülh çağrışlarını da onlar bizim zəifliyimiz kimi qəbul edirdilər. Lakin avqust, aprel və son fevral hadisələri ermənilərin bu özündənrazılıq sindromunu sındırdı. Artıq Ermənistanda başa düşürlər ki, müharibə baş verərsə, onlar nəinki işğal etdikləri torpaqları saxlamaq, hətta onların çoxsaylı yaşadıqları digər Qarabağ kəndləri və rayonları əllərindən çıxa bilər. 

Ona görə də, hazırkı vəziyyətdə “Madrid Prinsipləri” ermənilərə yeganə çıxış yolu kimi görünür. Çünki onlar ilk mərhələdə “Dağlıq Qarabağ Muxtar Vilayəti”nə daxil olmayan 5 rayonu, daha sonra isə KəlbəcərLaçını geri qaytarmaqla,  Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusunu heç olmasa əllərində saxlamağa cəhd edirlər. Şəxsən mən hesab edirəm ki, “Madrid Prinsipləri” daha aktual deyil, çünki Azərbaycanın hərbi istiqamətdə göstərdiyi müsbət nəticələr daxilimizdə ikinci bir erməni dövlətinin yaranmasına izn verməyəcəyini göstərdi”.

Image result for zaur məmmədov pia.az

Zaur Məmmədov: “Əminəm ki, bu münaqişənin sülh yolu ilə həll olunması mümkün deyil”.


Ermənilərin sərt ritorikalarının bu il onlara baha başa gələ biləcəyini istisna etməyən politoloq Zaur Məmmədov hesab edir ki, münaqişənin sülh yolu ilə həlli mümkünsüz görünür:

Ermənistanda parlament seçkilərinə 3 həftədən az bir müddət qalır. Keçən ilin aprel hadisələrini və aprel döyüşləri zamanı Ermənistandakı vətəndaşlar və siyasətçilər arasındakı panikanı nəzərə alsaq, onda başa düşərik ki, nə üçün Dağlıq Qarabağ münaqişəsi bu dəfəki seçkilərin bir nömrəli mövzularındandır. Ancaq düşünürəm ki, böyük şəhərlərin əhalisi səsverməyə gedərkən Azərbaycan ilə münasibətləri deyil, öz sosial-iqtisadi vəziyyətlərini əsas tutaraq hər hansı bir namizədə və onun platformasına səs verəcəklər. Regionlar və qarabağlılar isə, münaqişəyə dair ritorikası daha sərt olana səs verə bilərlər.

Ümumillikdə, blokların və siyasi partiyaların münaqişəyə dair proqramlarını təhlil edərkən görürük ki, bütün partiyalar Dağlıq Qarabağın müstəqilliyindən və ya Ermənistana birləşdirilməsindən söz edir. Bəzi istisnaları Ter-Petrosyanın seçki blokuna aid edə bilərik. Əlbəttə ki, seçkilər ərəfəsi bütün namizədlərin və partiyaların münaqişəyə dair belə sərt mövqe tutması xalqdan dəstək almaq istəmələri ilə bağlıdır. Bu o demək deyil ki, hakimiyyətə gələrkən  bəyan etdikləri istiqamətlər üzrə fəaliyyət göstərəcəklər.

Münaqişənin həlli variantlarına gəlincə, əminəm ki, bu münaqişənin sülh yolu ilə həll olunması mümkün deyil. Tərəflərin münaqişənin həlli ilə bağlı baxış bucaqları bir-birindən diametral şəkildə fərqlənir. Eyni zamanda erməni  cəmiyyəti kompromislərə hazır deyil. Ermənistanda hakimiyyətə kimin gəlib-gəlməməyindən asılı olmayaraq, siyasi hakimiyyətin münaqişənin həllinə dair fəaliyyəti bundan daha pis olacaq ki, yaxşı olmayacaq.

Ümumiyyətlə, erməni siyasətçiləri tərəfindən son zamanlar daha həyasız və qudurğan bəyanatların şahidiyik. Lakin, erməni cəmiyyəti və siyasətçiləri həddlərini aşmamalıdırlar. Onların  özünə arxayın və sərt ritorikalarının bu il ermənilərə baha başa gələ biləcəyini istisna etmirəm. Azərbaycan ordusu açıq-aşkar düşməni məhv etməyə hazırdır. Artıq bu dəfə döyüşlər başlayarsa,  Azərbaycan ordusu aprel döyüşlərindəki kimi dörd günlə kifayətlənməyərək, hər hansı bir dünya paytaxtının çağırışlarına məhəl qoymayacaq. İran ətrafında baş verəcək hadisələr və Trump-Putin arasında gözlənilən qarşıdurma  da ermənilərə heç də yaxşı nəsə vəd etmir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Naxçıvan Ali Məclisində yeni təyinatlar olub    

Ən çox oxunanalar