Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan yenə kənarda qaldı - İrandan Rusiyaya mal daşınmasından...


İşğalçı ölkə Rusiya və İranın yardımı ilə belə Azərbaycanın iqtisadi blokadasını yara bilmir və bu da həm Ermənistanda iqtisadi problemləri böyüdür, həm də düşmən ölkədə qıcıq yaradır


Fikrət Yusifov: “Rusiya Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını çoxdandır ki, istəyir. Lakin bu məsələnin həlli üçün Azərbaycan tərəfinin öz şərtləri var və bu şərtlər ilk növbədə Dağlıq Qarabağ probleminin çözülməsi ilə əlaqədardır”.

Əhəd Məmmədli: “Bu layihənin dəhliz kimi Azərbaycandan keçməsi məntiqlidir. Çünkü Azərbaycanın Rusiya ilə sərhəddi var, Ermənistanın isə yoxdur”.

Rusiya kənd təsərrüfatı nazirliyi İrandan Rusiyaya kənd təsərrüfatı mallarının çatdırılması üçün Azərbaycandan koridor açılması təklifi ilə çıxış edib. Həmçinin bu koridor vasitəsi ilə Özbəkistana, Tacikistana, Belarusyaya İran malları daşına bilər. Maraqlıdır ki, Ermənistan bu layihədən yenə kanarda qalıb və bu Ermənistanda qıcıq yaradıb. Ermənistan öz növbəsində bu koridorun yaradılmasını Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması kimi dəyərləndirib. 

Doğurdanmı bu layihə naminə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olması mümkündür?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə müraciət edib.

Image result for fikret yusifov

Fikrət Yusifov: “Rusiya bu məsələdə nə vaxt sözdə deyil, işdə pozitiv mövqe tutub problemin həlli istiqamətində konkret addımlar atarsa, o zaman Azərbaycan bu ittifaqa üzv olmaq məsələsinə baxa bilər”.


Dəhliz vasitəsilə Qərb marşrutu üzrə yüklərin daşınması məsafəni qısaltsa da, bu yol səmərəsiz olduğunu qeyd edən sabiq maliyyə naziri Fikrət Yusifov mövzu ilə bağlı PİA.AZ-a bildirib ki, Bakı Tiflis-Qars dəmir yolu istifadəyə verildikdən sonra, Azərbaycan yol səmərəlilik baxımından daha cəlbedici oldu. Ermənistanın isə bu layihədən kənarda qalacağı əvvəldən də bəlli idi:

Azərbaycan tranzit yükdaşımalar üçün Cənubla - Şimalı, Şərqlə - Qərbi birləşdirən ən əlverişli  məkandır. Son bir neçə on il ərzində Cənubla - Şimalı, Şərqlə - Qərbi birləşdirən yolların salınması istiqamətində çox ciddi addımlar atılmaqdadır. Bu sırada əsas yerlərdən biri də  Şərqi Asiya ölkələri ilə Avropanı  əlaqələndirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə mənsubdur. Bu layihənin əsası 2000-ci ildə Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan tərəfindən qoyulub. 

Sonralar layihəyə Qazaxıstan, Türkmənistan, Tacikistan, Belarus, Ukrayna, İordaniya, Bolqarıstan da qatıldılar. Azərbaycan 2005-ci ildə bu layihəyə qoşuldu və çox keçmədən aparıcı iştirakçıya çevrildi. Dəhliz vasitəsilə Qərb marşrutu üzrə yüklərin daşınması məsafəni qısaltsa da, bu yol səmərəsiz idi. Azərbaycan bu layihəyə qoşulduqdan və Bakı Tiflis-Qars dəmir yolu istifadəyə verildikdən sonra isə yol səmərəlilik baxımından daha cəlbedici ölkə oldu. Ermənistanın bu layihədən kənarda qalacağı əvvəldən də bəlli idi. Layihə kommersiya prinsipləri əsasında fəaliyyət göstərəcək. Yəni ortada layihədə iştirak edən hər bir dövlətin iqtisadi maraqları var. 

Bu maraqların hansısa siyasi maraqlara bağlanacağı inandırıcı görünmür. Rusiya Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını çoxdandır ki, istəyir. Lakin bu məsələnin həlli üçün Azərbaycan tərəfin öz şərtləri var və bu şərtlər ilk növbədə Dağlıq Qarabağ probleminin çözülməsi ilə əlaqədardır. Rusiya bu məsələdə nə vaxt sözdə deyil, işdə pozitiv mövqe tutub problemin həlli istiqamətində konkret addımlar atarsa, o zaman Azərbaycan bu ittifaqa üzv olmaq məsələsinə baxa bilər”.

Image result for əhəd məmmədli

Əhəd Məmmədli: “Ermənistanın ən yaxın dostları və müttəfiqləri Rusiyaİranın siyasi-iqtisadi münasibətlərdə Azərbaycanı daha üstün tutması bir daha Azərbaycanın Ermənistandan daha vacib, önəmli tərəfdaş olduğunun göstəricisidir”.


Politoloq Əhəd Məmmədli isə mövzu ilə bağlı PİA.AZ-a açıqlamasında qeyd edib ki, İran mallarının dəhliz kimi Azərbaycandan keçməsi məntiqlidir. Çünkü Azərbaycanın Rusiya ilə sərhəddi var, Ermənistanın isə yoxdur. Ermənistan bütün iqtisadi layihələrdən kənar qalır və bu da onlarda qıcıq yaradır:

“Əvvəla onu deyim ki, bu layihənin dəhliz kimi Azərbaycandan keçməsi məntiqlidir. Çünkü Azərbaycanın Rusiya ilə sərhəddi var, Ermənistanın isə yoxdur. Ermənistan bütün iqtisadi layihələrdən kənar qalır və bu da onlarda qıcıq yaradır. Təbii ki, bu layihəyə görə Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olan deyil. Bunu bizdə, ruslarda, ermənilərdə yaxşı bilir. 

Sadəcə regionda növbəti iqtisadi layihədə Azərbaycan var Ermənistan yoxdur. Bu vəziyyətdə erməniləri qane etmir. Üstəlik Ermənistanın ən yaxın dostları və müttəfiqləri Rusiyaİranın siyasi-iqtisadi münasibətlərdə Azərbaycanı daha üstün tutması bir daha Azərbaycanın Ermənistandan daha vacib, önəmli tərəfdaş olduğunun göstəricisidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar