Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan vətəndaşı 4 azərbaycanlını maşınla vurdu


Mayın 23-də saat 22 radələrində Gürcüstanın Ermənistanla sərhədində yerləşən, azərbaycanlıların kompakt yaşadığı Sadaxlı kəndində yol-nəqliyyat hadisəsi baş verib


PİA.AZ-ın APA-ya istinadən məlumatına görə, Sadaxlı kəndi ilə həmsərhəd olan Ermənistanın Baqrataşen kəndinin sakini Narek Yesoyan idarə etdiyi "Mercedes-E Class" markalı avtomobillə 4 azərbaycanlını vurub. 

Daha sonra onun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Sadaxlı kənd sakini Emil İlyasovun BMW markalı maşınına çırpılıb, BMW isə digər maşınla toqquşub.

Hadisə yerinə polis və ekspertlər, təcili yardım maşını gəlib.

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Sadaxlı sakinləri Murtuzəli Qurbanov, Ruslan Fətəlov, Ramin Fətəlov və Elmar Mahmudov Marneuli xəstəxanaya yerləşdiriliblər.

Sadaxlı sakinlərinin bildirdiklərinə görə, N. Yesoyan Baqrataşen kənd orta məktəbinin direktorunun oğlu, həmin məktəbin müəllimidir. Sakinlərin sözlərinə görə, o, avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

Hadisəni törədən N. Yesoyan artıq polis tərəfindən saxlanılıb, araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar