Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan üçün son şans


Danışıqların yeni mərhələsində işğalçılıq siyasətindən əl çəkməyəcəyi təqdirdə Ermənistan çox çətin aqibətlə üzləşəcək


Azərbaycan, Fransa və Ermənistan prezidentlərinin görüşünə sayılı günlər qalır. Oktyabrın 27-də Fransada bu ölkənin prezidenti Fransua Ollandın təşəbbüsü ilə ölkə başçıları Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirə aparacaqlar. 

Bu görüşdə münaqişənin həlli istiqamətində konkret nəticələr əldə ediləcəyinə ümidlər böyükdür. Ekspertlər Azərbaycan, RusiyaErmənistan prezidentlərinin Soçi görüşündən sonra Qarabağ probleminin sülh yolu ilə həlli yönündə danışıqların yeni mərhələsinin başlandığını bildirirlər. Həmsədrlərin, beynəlxalq təşkilatların təmsilçilərinin dediklərindən də belə başa düşülür ki, danışıqların yeni mərhələsi  Fransa görüşündə daha aktiv frazaya keçə bilər. 

Maraqlı məqamlardan biri də odur ki, prezidentlərin Fransa görüşü ərəfəsində həmsədr ölkələrin təmsilçiləri, beynəlxalq qurumların rəhbər şəxsləri həyəcanlı bəyanatları bir-birinin ardınca düzüblər.     

AzərbaycanErmənistan prezidentlərinin Parisdə qarşıdakı görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativsizliyini göstərməyi nəzərdə tutur”. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Anri Reno prezidentlərin yaxın vaxtlarda keçiriləcək görüşünü şərh edərkən deyib.
Fransalı diplomat xatırladıb ki, AzərbaycanErmənistan prezidentlərinin görüşünün keçirilməsi ilə bağlı təşəbbüs Prezident Fransua Olland tərəfindən onun may ayında İrəvan və Bakıya səfəri zamanı səsləndirilib.

Səfir qeyd edib: “Fransa Prezidentinin təşəbbüsü qəbul edildi və görüş yaxın günlərdə Parisdə keçiriləcək. Təfərrüatlara varmadan yalnız onu qeyd edim ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun axtarışları üzrə danışıqların məzmununa yeni təkan verməyə yönəlib. Bundan başqa, tərəflərin etimad ab-havası yarada bilmələri vacibdir. Görüş dinc danışıqların alternativi olmaması ilə bağlı bu vacib vəziyyətin bir daha təsdiqlənməsini nəzərdə tutur”.

Bu arada Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin bölgəyə səfəri də diqqət çəkir. O öncəyə Bakıya gələcək, daha sonra İrəvana yollanacaq. Müzakirələrdə təbii ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək.

Oktyabrın 23-də Ştaynmayer Bakıya gələcək. Burada onun ölkənin rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb. Sonra Almaniya XİN rəhbəri İrəvana gedəcək və Prezident Serj Sarkisyanla görüşəcək...

Almaniyanın XİN başçısından əvvəl isə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ə.Həsənov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.

Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.

Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb.

Ə.Həsənov vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib.

Baş nazirin müavini əlavə edib ki, Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib:

“Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib”.

Komitə sədri vurğulayıb ki, təcavüzkar Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan bütün dövrlərdə dözümlülük, tolerantlıq məkanı olub:
“Müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur. Bu gün müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda dostluq və mehribanlıq şəraitində yaşayırlar”.

Baş nazirin müavini bildirib ki, Azərbaycan Hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 210 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir.

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini deyən Herbert Salber Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli şəkildə, beynəlxalq hüquq normalarına uyğun olaraq həllinin vacibliyini bildirib.
O, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib, Azərbaycana səfərinin əhəmiyyətli olacağını vurğulayıb.
Görüşdən sonra nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəlləyə gələrək 280 yerlik “Şəfəq” uşaq bağçası, 540 şagird yerlik Zəngilan rayon 33 nömrəli tam orta məktəb, Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub, məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə maraqlanıb.

Prezidentlərin Fransa görüşü ərəfəsində nüfuzlu dövlətlərin xarici siyasət üzrə rəsmilərinin, həmçinin beynəlxalq qurumların təmsilçilərinin bölgəyə səfərlərinin intensivləşməsi onu deməyə əsas verir ki, danışıqların yeni mərhələsi Ermənistan üçün son şans kimi qiymətləndirilir və buna görə də onlar nəticəsizlik olmasını istəmirlər. Onlar başa düşür ki, bu mərhələdə də Ermənistan öz işğalçılıq siyasətindən çəkilməsə, münaqişənin həllinin təməli qoyulmasa, Ermənistan məhvə məhkumdur. Çünki bundan sonrakı mərhələ yalnız Azərbaycanın öz torpaqlarını başqa variantlarla azad etməsi olacaq. Bu isə Ermənistanın məhvi deməkdir...

Beynəlxalq güclər bölgədə sabitliyin pozulmasını istəməsə də, Azərbaycan öz torpaqlarını azad etməyə məcburdur, bu onun konstitusion hüququdur. Ona görə də beynəlxalq güclər Ermənistanı bu mərhələdə belə deyək ki, başa salmağa çalışırlar. 

Amma danışıqlardan nəticə gözlənildiyi bir vaxtda Ermənistanın davamlı olaraq atəşkəsi pozması, təxribat xarakterli addımlar atması da narahatlıq doğurmaya bilmir. Görünür, Ermənistanda müəyyən dairələr bu ölkənin məhv olmasına razidırlar, amma işğalçılıq siyasətindən çəkilməsini istəmirlər. Təbii ki, bu da beynəlxalq aləmin diqqətindən yayınmır. ..
“Təmas xətti və sərhəd boyunca atəşkəs rejiminin pozulması halları davam edir və bu da eskalasiya riskini artırır, gərginliyi yüksək səviyyədə saxlayır”. Bunu “Trend”ə açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bildirib.

A.Kasprşik bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu yaxınlarda verdikləri bəyanatda tərəfləri gərginliyi azaltmaq və xüsusilə də mülki əhaliyə qarşı zorakılıqdan çəkinmək üçün addımlar atmağa çağırıb: “Mən və komandam mandatımıza uyğun olaraq, təmas xəttindəki vəziyyətin monitorinqini aparmaq, Minsk qrupunun həmsədrləri ilə gərginliyin daha da azaldılması və nəhayət tərəflərə bu münaqişənin sülh yolu ilə həllində kömək etmək istiqamətində işimizi davam edirik”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) oktyabrın 14-18-də regiona səfərlərinin yekunu ilə bağlı verdikləri bəyanatda bildiriblər ki, hökumət rəsmiləri ilə görüşmək və Ermənistan-Azərbaycan sərhədində ATƏT tərəfindən keçirilən monitorinqdə iştirak etmək üçün regiona səfər ediblər.

Bakıda və İrəvanda həmsədrlər iki ölkənin dövlət başçıları İlham Əliyev və Serj Sarkisyanla görüşüblər. Həmsədrlər hər iki tərəflə görüş zamanı Fransa Prezidenti Fransua Ollandın təklifi ilə bu ay Parisdə keçirilməsi planlaşdırılan prezidentlərin görüşünə hazırlığı müzakirə ediblər.
Həmsədrlər prezidentlərin Soçi və Uelsdə keçirilmiş ötən görüşlərindən də danışıblar, yay aylarında gərginliyin artmasından sonra təmas xəttində və sərhəddə vəziyyətin sabitləşdiyini qeyd ediblər. Vasitəçilər son günlər baş verən atəşkəsin pozulması hallarının kəskinləşməyəcəyinə ümid etdiklərini bildiriblər. Həmsədrlər tərəfləri gərginliyi azaltmağa, xüsusilə mülki əhaliyə qarşı zorakılıqların qarşısının alınması üçün addımlar atmağa çağırıblar.

Keçirilən görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Amerikalı həmsədr Ceyms Uorlik şəxsi səbəblərdən regiona səfər edə bilməyib, amma ABŞ tərəfi görüşlərdə təmsil olunub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar