Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan simvolik suverenliyini də itirdi – Bakı üçün yeni situasiya


Seçkilər bitdi, vədlər də bitdi; 2 apreldən sonra işğalçı ölkə Rusiyanın tam tərkib hissəsinə çevrilib; erməni iqtisadçısı: “Vəziyyət daha pis olacaq və pisləşdikcə bizdən daha böyük güzəştlər umacaqlar”


Rusiya Ermənistanda total saxtakarlıqlarla keçən son parlament seçkilərində əsas hədəfinə çatdı. Moskva kriminal Sərkisyan rejiminin əl ilə yeni qanunverici orqanı necə görmək istəyirdisə, ona da nail oldu - təbii ki, qarşılığında qırğıların hakimiyyətinə, “müharibə partiyası”na davamlı hakimiyyət vəd eləməklə.

Bu parlamentdə əvvəlkilərdən fərqli olaraq, ilk dəfə olaraq bir nəfər belə, qərbyönümlü deputat yoxdur. Bu da Kremli məmnun edən başqa bir uğurdur. Seçkilərdə məğlub olan tərəf isə - əlbəttə ki, sadə erməni xalqıdır. Bunun acı nəticələrini o, çox tezliklə öz dərisində hiss edəcək. Artıq hiss etməyə başlayıb. Seçkidən dərhal sonra ölkədə inflyasiyanın, bahalaşmanın yeni dalğası start götürüb. Ermənistan sosial-iqtisadi böhranın növbəti və daha ağır mərhələsinə girib.

Necə deyərlər, “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Ayrı sözlə, seçki bitdi, verilən şirin vədlər də bitdi. Ermənilər Qarabağ konflikt də daxil, indi yenə öz irili-xırdalı problemləri ilə baş-başa buraxılıblar. Bir erməni ekspertin vurğuladığı kimi, Sərkisyan rejimini daha seçki ilə dəyişmək mümkün olmayacaq - yalnız xalq üsyanı...

*****

Image result for Armenian parliament

“Biz hamımız yaxşı bilirik ki, yeni Milli Məclis hansı yolla formalaşıb, adamlar deputat mandatlarını necə alıblar. Bu, mahiyyət etibarilə o anlama gəlir ki, Ermənistanın suverenliyi yoxdur. Əgər biz buna kimi deyə bilirdiksə ki, Ermənistan öz suverenliyinin xeyli hissəsini itirib, indi isə ərz edə bilərik ki, daha Ermənistanın suverenliyi yoxdur. Suverenliyi olmayan ölkə isə inkişaf edə bilməz. Belə şərtlər altında Ermənistan sözsüz ki, inkişaf üçün resurslara malik deyil. O, Rusiyanın tərkib hissəsinə çevrilib və Ermənistan Rusiya tərəfdən subsidiyalar olmazsa, yalnız onun mərhəməti hesabına yaşaya bilər”.

Musavat.com-un məlumatına görə, bu barədə erməni iqtisadçı-eksperti Aşot Yegizaryan son seçkilər və bu seçkilərdən sonra formalaşacaq yeni hökumətlə bağlı 1 in.am saytına şərh edərkən deyib. Erməni ekspert daha sonra xəbərdarlıq edərək deyib: “Nəzərə alsaq ki, bundan sonra Ermənistan iqtisadiyyatını inkişaf etdirmək üçün potensiala malik deyil, demək, o, heç olmasa, indiki situasiyanı saxlamaq gücündə də olmayacaq. Problem ondadır ki, vəziyyət daha pis olacaq və pisləşdikcə də Ermənistandan daha böyük güzəştlər umacaqlar. Biz isə yaxşı bilirik ki, güzəştlər qoparmaq məsələsində ən həssas sahə ”Arsax" (Dağlıq Qarabağ-red.) məsələsidir. Onu da bilirik ki, bu problemin həllində Rusiyanın rolu olmadan Moskvanın Güney Qafqazda görəcəyi bir iş qalmayacaq". İqtisadçının əminliyinə görə, Ermənistanın inkişaf resursu Rusiyada yox, Qərbdədir: “Bu isə Qərb iqtisadi məkanına inteqrasiyadan keçir”.

Image result for Aşot Yegizaryan

*****

“Əgər Ermənistan indiyə qədər Rusiyanın forpostu adlandırılırdısa, bundan sonra kiçik quberniyası qismində fəaliyyət göstərəcək”. Bu fikri isə axar.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib. Politoloqa görə, Serj Sərkisyan son seçkilərdə erməni xalqının gözünə kül üfürmək üçün bütün vasitələrə əl atıb.

“Adi müşahidələr göstərirdi ki, Sərkisyanın nəinki Ermənistanda, hətta Dağlıq Qarabağda da heç bir sosial dayağı yoxdur.

”Daşnaksütyun" partiyasının parlamentə keçməsi göstərir ki, Sərkisyan seçkini öncədən necə planlaşdırmışdısa, kimə nə qədər səs faizi qoymuşdusa, hamısı seçki komissiyası tərəfindən elan edildi. Hakim Respublikaçılar Partiyasının 50 faizə yaxın səs toplaması isə başdan-ayağa absurddur. Bütün bunlar onu göstərir ki, seçkilərin saxtalaşdırılması prosesinə hətta Rusiya da qarışmışdı. Çünki bu, Rusiyada hazırlanmış xüsusi ssenari idi və bunun əsasında da seçkilər keçirildi. Barmaq izlərinin yoxlanılması da Moskvanın təklif etdiyi bir variant idi. Bunun hesabına minlərlə insan səsvermə hüququndan məhrum edildi. Nəticə etibarilə Rusiyanın Ermənistanda qurduğu seçki kampaniyası Sərkisyana qələbə qazandırdı", - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Ermənistan prezidenti ona edilən bu “yaxşılığın” əvəzini ödəməlidir: “Sərkisyan yəqin ki, baş nazir olacaq və bundan sonra Rusiyaya daha sədaqətlə qulluq etmək məcburiyyətində qalacaq. Moskvanın İrəvan üzərindəki təsiri sürətlə artacaq. Bir sözlə, əgər Ermənistan indiyədək Rusiyanın forpostu adlandırılırdısa, bundan sonra kiçik bir quberniyası olaraq fəaliyyət göstərəcək. Bütün məsələlər birbaşa Kremldən idarə olunacaq”.

*****

Yeni vəziyyətin şəksiz ki, Azərbaycana, Dağlıq Qarabağ məsələsinə birbaşa dəxli olacaq. Ən əvvəl o anlamda ki, 2 apreldən sonra Rusiya Ermənistan üzərində, Qarabağ məsələsində daha güclü söz sahibliyi qazanıb. Demək, bundan sonrakı dönəmdə işimiz İrəvandan çox, Moskva ilə olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar