Cümə, 22 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ermənistan politoloq: “Bu il Naxçıvan məsələsini həll edəcəyik”


“Bu kəskinləşmə Ermənistan ətrafında təhlükə yarada bilər”


 Ermənistan politolqu Levon Şirinyan deyib: 

“Ermənistanda böyük inqilabsonrası təhlükələr gözlənilmir, çünki “bataqlıq cəngavərləri” parçalanıb və müqavimət göstərə bilmirlər – ona görə deyil ki, gücləri, pulları və ya imkanları yoxdur, çünki məxməri inqilabın əxlaqi dəyəri çox böyükdür. Bundan savayı, inqilabın səfərbərlik halı da olduqca güclüdür. Bu onların sıralarına təfriqə salır – hətta müqavimət göstərmək istəyi yaransa da. Erkən parlament seçkiləri ya iyuna, ya da sentyabra təyin olunacaq, bunun təxirə salınması yolverilməzdir, prosesi sürətləndirmək lazımdır”. O, əlavə edib: “Heç kim erməni xalqının iradəsinə qarşı gedə bilməz, hamını süqut gözləyir”.

Politoloqun sözlərinə görə, ölkədə ümumxalq səfərbərliyi baş verir və oliqarxiya bütün bunları məhv edə bilməz: “Bacarsaydı, Seyj Sərkisyanı saxlayardı. Belə alınıb ki, şef öz tabeliyindəkiləri atıb, tabe olanlar isə şefə tabe olmurlar və parçalanıblar”.

Ermənistana xarici təhlükələri şərh edən politoloq qeyd edib ki, yeganə gerçək təhlükə ABŞ və İran arasında münasibətlərin kəskinləşməsidir: “Bu kəskinləşmə Ermənistan ətrafında təhlükə yarada bilər. Bu – ümumerməni dövlət marağıdır. Xüsusən İsrailin də fəallıq göstərdiyi, Ermənistanla dostlaşmaq istəyinə görə. Dəqiq cavab gəlməlidir – İrana qarşı Ermənistanla dostlaşmaq istəyirsinizsə, bu olmayacaq, sadəcə, Ermənistanla dost olmaq istəyirsinizsə, əlbəttə, mümkündür”.

Şirinyan əmin edir – bu il Naxçıvan məsələsini bağlayacağıq. “Birincisi, siyasi-hüquqi mənada, istəsələr, onda hərbi mənada. Niyə? Çünki blokadasızlaşma həyatönəmlidir. XİN-də hesab edirlər ki, durum dəyişilib və bu canlı orqanizm Naxçıvan üzrə siyasi-hüquqi sənədlər hazırlamalıdır. Bu, beynəlxalq məhkəmələrdə həll edilməli məsələdir”. Politoloq həmçinin vurğulayıb ki, “Bizim inqilabi ruhumuz hərbi əməliyyatlarda da üzə çıxmaldır”. (strateq.az)

pia.az
Etiket:
loading...