Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan könüllü hərbçiləri stimullaşdırır


Mayın 25-də Ermənistan parlamenti Əmək Məcəlləsinə dəyişiklik edib


Novator.az-ın məlumatına görə, dəyişiklik hərbi əməliyyatlarda iştirak edən könüllülərin iş yerinin və orta əməkhaqqının saxlanmasını nəzərdə tutur. 106 deputatın lehinə səs verdiyi layihənin əleyhinə çıxan olmayıb. Birinci oxunuşdan keçən layihəyə əsasən, cəbhə xəttinə könüllü yollanan şəxsin iş yerinin saxlanmasına təminat verilir və ona hərbi əməliyyatlarda iştirak etdiyi müddətdə orta aylıq əməkhaqqı ödənir.

Ermənistan parlamenti bu gün həmçinin yeni Seçki Məcəlləsini üçüncü oxunuşda qəbul edib. Məcəlləyə görə, parlament seçkisi proporsional sistemlə keçirilir. Parlament deputatlarının minimal sayı 101 olur. Seçkidə heç bir partiya və ya blok 53 mandat qazanmasa, siyasi qüvvələrə koalisiya yaratmaq vaxtı verilir. Bu zaman koalisiya uzağı 3 partiyadan ibarət ola bilər. Koalisiya yaratmaq mümkün olmasa, seçkinin ikinci turu keçirilir. İkinci turda ən çox səs toplayan iki partiya və ya blok iştirak edir.

Seçki Məcəlləsində qadınlar üçün kvota nəzərdə tutulur. Partiyalara parlament seçkisində namizədlərin ən azı 20-25%-nin qadınlardan ibarət olması şərti qoyulur. Partiyanın namizədlər siyahısında hər 4 nəfərdən biri mütləq qadın olmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar