Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Bakıya “rasist”- deputat göndərir


"Sarukyan" blokundan erməni deputat, Avrointeqrasiya üzrə parlament komissiyasının başçısı Naira Zohrabyan Ermənistanda mülki aviasiyanın vəziyyəti haqda çıxış edərkən irqçi fikirlər səsləndirib


Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-i yazıb.

N.Zohrabyan bəyan edib ki, Ermənistanda aviabiletlər dünyada ən bahalı biletlərdir, amma onlar harasa gedəndə zəncilər kimi gedirlər: "Bunlar zəncilər üçün reyslərdir, bizim təyyarələrimiz Avropa ölkələrinə gecə saat 4-də enir".

Onun sözlərinə görə, başqa ölkələrdən "ağ" reyslər həyata keçirilir.

Deputat Ermənistan vətəndaşlarının Avropaya uçmaq üçün avtobuslarla Tbilisi aeroportuna necə getdiklərindən də danışıb. "Mənə izah edin, Ermənistan-Yunanıstan çarter reysinə bilet Gürcüstandan həmin reysə olandan niyə iki dəfə bahadır”, -deyə N. Zohrabyan hiddətlə soruşub.

Maraqlıdır ki, deputat "zənci" sözündən istifadə etdiyi üçün erməni KİV-ində tənqidlərə məruz qalıb.

"Avrointeqrasiya üzrə parlament komissiyasının başçısına irqi müqayisələr aparmaq yaraşmır. "Zəncilər üçün reyslər" nə deməkdir? Naira Zohrabyana məlum olmalıdır ki, quldarlıq çoxdan ləğv edilib, "zəncilər" indi, öz maliyyə durumundan asılı olaraq, başqalar kimi bütün reyslərdə uçurlar. İndi dünyada tamamilə başqa bölücü xətlər var və qul-quldar çoxdan yoxdur, hərçənd ki, erməni "elitası" özünü aristokratiyaya aid etməyə başlayıb və gündüz reysləri tələb edir”, - deyə lragir.am yazıb.

Naira Zohrabyan o partiyanın üzvüdür ki, Ermənistanı, necə deyərlər, Avropa Birliyinə soxsunlar deyə, əlindən gələn hər şeyi edib...

Yeri gəlmişkən, 2018-ci ilin martında Bakıda AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçiriləcək.

Virtualaz.org-un məlumatına görə, iclasa Ermənistandan olan nümayəndə heyəti də qatılacaq. Daha dəqiq desək, iclasda Ermənistanı bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-prezidenti Arpine Hovhannisyan və Avropaya İnteqrasiya məsələləri üzrə komissiyanın sədri, həmin bu Naira Zohrabyan təmsil edəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar