Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Azərbaycanın təklifini qəbul etməyib


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinə Azərbaycandakı 5 nəfərdən ibarət erməni ailəsi və bir erməninin meyitinin ermənilərin girovluğunda olan Şahbaz Quliyev və Dilqəm Əsgərovla, o cümlədən Həsən Həsənovun meyiti ilə dəyişdirilməsini təklif edib


APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları ilə mütəmadi görüşür, dünən də görüşərək bu məsələni müzakirə edib: “Bu məsələ ilə Müdafiə Nazirliyi, Əsir və Girovlarla İş üzrə Dövlət Komissiyası, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi mütəmadi məşğuldur.

Dünən də mən Qızıl Xaç Komitəsinin əməkdaşları ilə görüşdüm. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin üzvləri Azərbaycanın son təklifi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin cavabını bizə çatdırdılar. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, bir erməni ailəsinin və bu yaxınlarda qəfil dünyasını dəyişmiş bir erməninin meyiti müqabilində yalnız Həsən Həsənovun meyitini qaytarmağa razıdırlar. Mən isə bizim bununla razılaşmadığımızı, girovlarımızın da azadlığa buraxılmasını istədiyimizi bildirdim".

Ə. Həsənov qeyd edib ki, Azərbaycan hələ də təklifini qüvvədə saxlayır və cavab gözləyir. Ə. Həsənov onu da deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşündə quruma mövqeyi ilə bağlı sərt etirazını bildirib: “Beynəlxalq Qızıl Xaç Komitəsi əsir və girovlarla bağlı müraciət edəndə Azərbaycan buna cavab verir. Ancaq Ermənistan tərəfi bu müraciətləri təmin etmir. Nə üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin baş qərargahı bu barədə dünya ictimaiyyətini məlumatlandırmır?”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar