Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərlə çəkilən filmimizi Cəfər Cabbarlı niyə tənqid etmişdi?


PİA.AZ kulis.az-əistinadən “Naməlum kino” layihəsində Aleksandr Beknazarovun 1929-ci ildə çəkdiyi “Vulkan üzərində ev” (digər adı “Zabratda ev”) filmini təqdim edir


Film sosial dram janrında, real hadisələr əsasında çəkilib. Söhbət 1907-1908-ci illərdə Bakı quberniyasının Zabrat neft mədənlərində və onun yaxınlığında fəhlə-neftçilər üçün salınmış komalarda baş verən faciəli hadisələrdən gedir. Daha çox bolşevik təbliğatına xidmət edən “Vulkan üzərində ev” filmində həm də fəhlələrin ağır şəraitindən, çətin şərtlərdə işləməsindən, onların buna etirazından gedir.
 
Süjeti: Abbas sevincək atalığı Petrosa partiya biletini göstərir. Atalığı ona deyir: “Partiyaya daxil olarkən sən yalnız kitabda yazılanları bilməməilsən... Bizim müəllimimizin ağır həyat olub”. 
 
Qoca qazma ustası Petros qızı Lyusikə və oğulluğa götürdüyü Abbasa keçmişdə olmuş əhvalatı danışmağa başlayır.
 
Hadisələr 1920-ci illərin sonlarından on-on beş il əvvəlki Bakıda cərəyan edir. Fəhlələrin yaşadığı bina təhlükəli yerdə tikilib. Burda hər an qaz sıza və partlayış ola bilər. Onların etirazına əhəmiyyətsiz yanaşılır.
 
Sonda binada partlayış olur, buna etiraz edən Abbasın atası Həsən edam olunur, anası vəfat edir və Petros Abbası oğulluğa götürür.
 
Maraqlıdır ki, “Vulkan üzərində ev” “Azdövlətkino” ilə “Ermənikino”nun ilk birgə istehsalıdır. Filmin yaradıcı heyətində qeyri-millətlər - ermənilər, ruslar, gürcülər üstünlük təşkil edir. Məsələn, ssenari müəllifi Pavel Folyan, rejissor Beknazarov, əsas personajlar Petros da, neft sənəyeçisi Qukasov da, bu obrazların ifaçıları da ermənilərdir. Operator isə Aleksandr Qalperindir. Filmdə əsas rollardan birini gürcü aktyor Dmitri Kipiani ifa edir. Yaradıcı heyətdə bir neçə azərbaycanlı yer alıb: Həsən rolunun ifaçısı Ələsgər Ələkbərov, Abbas rolunun oynayan Salman Dadaşov və rejissor assistenti Mustafa Mərdanov. Ələsgər Ələkbərovun və Salman Dadaşovun rolları da böyük deyil, onlar ikinci plandadırlar.  
 
Diqqətimi cəlb edən hər şeydən əvvəl erməni amilinin müsbət mənada qabardılması oldu. Petros obrazının vasitəsilə ermənilərin mərdliyi, cəsarətliliyi, prinsipallığı önə çəkilir. Petros mənfi obraz olan digər erməni, neft mədəninin sahibi Qukasova qarşı çıxır, ondan öz millətindən olan adama qarşı getməməyini istəyir, pul təklif edilir, amma o, vicdanlı olduğuna görə dostlarını satmır. Və titrlərdə yazılır: “Xeyirxah erməni türkə görə erməni sahibkarına qarşı getməkdən əl çəkmədi”.
 
Film beynəlmiləl xarakter daşıyır, bolşevik təbliğatına xidmət edir, zira, məhz bu epizodlar, titrlər ermənilərin bir millət olaraq daha üstün olduğunu ön plana çəkir.
 
Hərçənd, daşnaklar, erməni sosial-demokratları mənfi çalarda göstərilir.
 
Filmlə bağlı Cəfər Cabbarlının “Hara gedir “Azərkino?” məqaləsində mövqeyi maraqlıdır: “Haradansa dəvət olunmuş rejissor və aktyorlar bir neçə yüz manat pulu havayı yerə xərcləyərək çıxıb gedirlər və “Azərkino” həm məhsulsuz, həm də işçisiz qalır. Bu faciə Ümumittifaq İncəsənət Olimpiadasında bütün kəskinliyi ilə üzə çıxdı. Burada “Azərkino”nun rüsvayçılığı o dərəcəyə çatdı ki, onun il ərzində bircə müstəqil film də meydana çıxara bilmədiyi məlum oldu və o, “Armenkino”nun qüvvələri ilə çəkilmiş sırf ticarət (əsla yaradıcılıq deyil) sazişi əsasında xərclərin bir hissəsinin “Azərkino” tərəfindən ödənilməsindən başqa “Azərkino” ilə heç bir əlaqəsi olmayan “Vulkan üzərində ev” filmi ilə çıxış etdi”.
 
Amma bu filmin ərsəyə gəlməsində “Azdövlətkino”nun da payı var, üstəlik, film Bakıda çəkilib, burda baş verən real hadisələr də Bakı ilə bağlıdır və milli kinonun tarixindən danışırıqsa bundan yan ötmək, kino tariximizdən silmək olmaz.
 
Filmdə bir neçə epizod var ki, kinematoqrafik baxımından maraqlıdır. Bunlardan biri qaz partlayışı ərəfəsində evlərin təsviridir. Çoxplanlı işlənən bu epizodda partlayışdan əvvəl müxtəlif ailələr, onların gündəlik həyatı, qayğıları təsvir olunur. Qaz sızması hiss ediləndə onların həyəcanlı anları ritmik montajla verilir. Mənzillərdən birində təhlükəni duyan pişiyin balasını dişinə tutaraq xilas etməsi səhnənin təsir gücünü artırır. 
 
Digər epizodda zavodda işləyən, taqətdən düşən fəhlə yorğunluqdan yuxulayır, əli dəzgahda qalır. Bu səhnə dinamik montajla, detallı planlarda göstərilir. Ayrı-ayrı planlarda fəhlənin qışqırtısı, qan damcılarına bürünmüş dəzgah, qana bulanmış dəzgahda fırlanan köynək qolu epizodu dramatikləşdirir və vizual baxımdan uğurlu həllidir.
 
Bu, Ə.Ələkbərovun kinoda ilk işidir. Abbas rolunun ifaçısı, uzun müddət Sumqayıt teatrının rəhbəri olan S.Dadaşov aktyor Məlik Dadaşovun qardaşıdır. O, "Onun böyük ürəyi" filmində Oqtay rolunun da ifa edib.
 
Filmlə bağlı kinoşünas Aydın Kazımzadə “Azərbaycan kinematoqrafçıları” kitabında maraqlı bir epizodu qeyd edir:
 
“1927-ci ildə Bakıda “Vulkan üzərində ev” bədii filmi çəkilirdi. Smeta üzrə “dəfn etmə” epizodunda aktyorlarla birgə iki yüz adamın da iştirakı nəzərdə tutulurdu. Filmin rejissoru gəlməli idi. O, bu “dəfn etmə” epizodunda azı min nəfər adamın iştirakını istəyirdi. Bəs pulsuz-parasız bu qədər adamı çəkilişə necə dəvət etməli? Yaradıcı qrupun üzvləri çox götür-qoy edir, amma bir qərara gələ bilmirlər. Studiyanın həyətində Məmməd Əliliyə rast gələn yaradıcı qrupun üzvlərindən biri, onu rejissorun yanına gətirib deyir:
 
- Bizə çıxış yolu göstərsə, bunu ancaq Əlili edə bilər.
 
Əlili rejissoru dinlədikdən sonra cavab verir:
 
- Bizim camaat hər şeylə maraqlanandır. Siz çəkilişə başlayın. Camaat özü sizin başınıza yığışacaq.
 
“Dəfn etmə” mərasimi studiyadan xeyli aralı təşkil olundu. Ssenari üzrə Bakı fəhlələri polis özbaşınalığının qurbanı olanları dəfn etməyə aparırdılar. Bir neçə il əvvəl həqiqətən baş vermiş bu əhvalatda on minlərlə adam iştirak etmişdi. Filmdə də həmin səhnə olduğu kimi göstərilməli idi. Prosesdə iştirak edənlər dar küçə ilə aramla hərəkət etməyə başladılar. İrəlidə qadınlar və uşaqlar əllərində əklillər səssiz-səmirsiz gedirdilər. Onların ardınca fəhlələr tabut aparırdılar. Bu adamlar kütləvi səhnədə iştirak edənlər idi. Nəfəs alətləri orkestri matəm musiqisi çalırdı. Bütün bu proses hər şeylə maraqlanan bakılıların diqqətini deyəsən cəlb etmişdi. Onlar camaata qoşulur və soruşurdular: “Nə olub, kimi dəfn edirlər?” Amma heç kim məsələnin nə yerdə olduğunu bilmirdi. Proses Birja meydanına gəlib çatanda buraya artıq beş min adam toplaşmışdı. İri, orta planları operator Qalperin sonradan kinostudiyanın həyətində çəkdi. Beləliklə, “dəfn etmə” epizodu çox uğurlu alındı, kütləvi səhnə üçün xərclənməli olan pula da qənaət edildi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar