Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin “müstəqil Qarabağ” xəyalı və “Kürdüstan dövləti”


Yaxın Şərqdə sərhədlərin dəyişməsi Dağlıq Qarabağda yeni siyasi şəraitin yaranmasına səbəb ola bilər?


Zaur Məmmədov: “Bağdadın razılığı olmadan Kürdüstanın müqtəqillik əldə etməsi dünyanın digər etnik mübahisəli bölgələrində problemlər yarada bilər”

“Ermənilərin danışıq masasından çəkilmələri, Qarabağın İrəvan tərəfindən tanınması müharibəyə gətirib çıxaracaq”.

Bu sözləri politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov Ermənistan Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyanın Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqqındakı fikirlərinə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, Ermənistan Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq və analitik Ruben Safrastyan belə bir fikir irəli sürüb ki, sentyabr ayında Şimali İraqda keçiriləcək olan referendumdan sonra müstəqil Kürdüstan dövlətinin yaranması qaçınılmazdır və Kürdüstan dövlətinin yaranması yaxın gələcəkdə Dağlıq Qarabağın da müstəqilliyinin tanınması üçün münbit şərait yarada bilər. Erməni analitikin fikrincə Yaxın Şərqdə sərhədlərin dəyişməsi və ye i dövlətin yaranması Dağlıq Qarabağın separatçı rejiminin tanınması üçün analoq ola bilər. 

Yaxın Şərqdə sərhədlərin dəyişməsi doğurdanmı Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni siyasi şəraitin yaranmasına səbəb ola bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Zaur Məmmədova müraciət edib.

Image result for zaur məmmədov

Zaur Məmmədov: “Bakı Bağdad, bölgə isə İraq deyil”.


Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov qeyd edib ki, İraqda birtərəfli, Bağdadın razılığı olmadan Kürdüstanın müqtəqillik əldə etməsi dünyanın digər etnik mübahisəli bölgələrində problemlər yarada bilər:

“Faktiki olaraq illərdir ki, Kürdüstan muxtariyyatınln lideri Məsud Bərzani  İraqın şimalında müstəqil siyasət yürüdür bə demək olar ki, Bağdadın mövqeyini heç nəzərə almır. İndi isə Bərzani Şimali İraqda de-yure ölaraq müstəqil Kürdüstan dövləti qurmağa çakışır.  Əlbəttə ki, dünyanın hər hansı bir yerində, o cümlədən İraqda birtərəfli qaydada, Bağdadın razılığı olmadan Kürdüstanın müqtəqillik əldə etməsi dünyanın digər etnik mübahisəli bölgələrində problemlər yarada bilər. İlk növbədə söhbət İspaniyada, Böyük Britaniyada, İtaliyada, Rusiyanın bir çox respublikalarındakı vəziyyətdən gedir. 

O ki, qaldı ermənilərin bu Dağlıq Qarabağ üçün də bir presendent olacaq açıqlamalarına, iş orasındadır kı, bu gün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.  Qondarma Dağlıq Qarabağ respublikası heç kim tərəfindən qəbul edilmir, nə beynəlxalq qurumlar, nə də dövlətlər onlarla  hər hansı bir sahədə əməkdaşlıq etmir. Kürdüstanın nefti var və bölgə olduqca strateji nöqtədə yerləşir.  Buradakı vəziyyət ilə İraqdakı vəziyyəti eyniləşdirmək olmaz. 

Ermənilərin danışıq masasından çəkilmələri, Qarabağın İrəvan tərəfindən tanınması müharibəyə gətirib çıxaracaq. Ordumuz artıq torpaqları geri qaytarmağa hazırdır.  Ermənilər çıxışlarında və davranışlarında ehtiyyatlı olmalıdırlar. Bakı Bağdad, bölgə isə İraq deyil”.

Gülşən Şərif
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar