Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin Qars sənədi ilə bağlı arzusu gözündə qalacaq


Tanınmış rusiyalı politoloq: “Bu söhbətlər həmişə məni əsəbləşdirib...”


İşğalçı Ermənistan Rusiya-Türkiyə münasibətlərinin pisləşməsini fürsət bilərək yenidən yaxın tarixi təftiş eləmək, Moskva və Qars müqavilələrinin ləğvi sevdasına düşüb. Düşmən tərəf ümid edir ki, Moskva Ankaraya növbəti pislik eləmək üçün belə bir addıma gedə bilər və nəticədə o da qazanar, Türkiyəyə qarşı ərazi iddiaları yeni məzmun kəsb edir. 

Amma ermənilər unudur ki, hətta SSRİ ilə NATO üzvü Türkiyə arasında ən kəskin münasibətlərin mövcud olduğu illərdə belə Kreml belə addıma getməyib, o ki ola indi - iki dövlət arasında diplomatik, iqtisadi əlaqələrin pis-yaxşı davam elədiyi hazırkı dönəmdə. Yəni “qırmızı xətt” məsələsi.

Bu məqam vaxtaşırı praqmatik rusiyalı analitiklər tərəfindən də diqqətə çatdırılmaqla ermənilər məyus edilməkdədir. Son olaraq bu haqda fikirlərini Facebook səhifəsində politoloq Andrey Yepifançev paylaşıb. “Ermənistanın Moskva müqaviləsinə görə öz tarixi ərazilərinin yarıdan çoxunu itirməsi və bunu türklərə məhz Rusiyanın verməsi haqqında söhbətlər məni həmişə əsəbiləşdirib” - yazıb ekspert.

Politoloqa görə, ermənilərin öz tarixi əraziləri saydığı torpaqları Türkiyəyə ermənilərin özləri veriblər. Sitat: “Gümrü müqaviləsinə əsasən, ermənilərin özləri İrəvan ətrafında kiçik ərazi istisna olmaqla hər şeyi türklərə verdilər. Moskva müqaviləsinə görə isə Rusiya, əksinə, ermənilərin türklərə verdiyi ərazilərin bir hissəsini Sovet Ermənistanının tərkibinə qaytarıb. İndiki Ermənistan hazırda məhz həmin torpaqlarda bərqərardır”.
Yada salaq ki, bir neçə gün öncə Rusiya Dövlət Dumasının deputatları - Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Sergey Obuxov 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sovet Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər. Onlar bundan ötrü prezident Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrova müraciət ünvanlayıblar.

Moskva müqaviləsi Azərbaycandan ötrü də mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən, Naxçıvanın müdafiəsini Türkiyə öz üzərinə götürüb. Üstəlik, müqavilənin başqa bir maddəsinə əsasən, Azərbaycan bu ərazini heç kimə güzəştə gedə bilməz.

Gümrü müqaviləsi isə Moskva və Qars müqavilələrindən öncə 1920-ci il 3 dekabr tarixində Türkiyə və Ermənistan arasında imzalanıb. Müqaviləyə görə, Ermənistan hökuməti Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Müqavilə həmçinin Ermənistan ilə Türkiyə arasında sərhədi də müəyyən edir.

Bu müqavilənin şərtlərinə əsasən, Ermənistan sayı 1500 nəfərdən çox olmayan bir orduya malik olmalı və bu ordu 8 ədəddən çox topa, 20 ədəddən çox pulemyota malik ola bilməzdi. Ermənistan həmçinin, “Sevr müqaviləsi”nin qüvvədən düşməsini qəbul etməli və öz nümayəndə heyətlərini Avropadan və ABŞ-dan geri çağırmalı idi. Müqavilənin başqa şərtlərinə görə, Ermənistan hökuməti Türkiyəyə qarşı və yaxud Türkiyənin maraqlarına zidd olan bütün müqavilələri, qüvvədən düşmüş elan etməli, Türkiyə Ermənistan dəmir yollarının nəzarətini öz əlinə almalı və Ermənistan ərazisində “hərbi tədbirlər görmək” imkanını əldə etməli idi. Müqavilə imzalandığı gündən 1 ay sonra ratifikasiya edilməli olsa da, daşnaklar bunu yerinə yetirmirlər. 

Hakim partiya razılaşmadan bir neçə saat sonra sovetlərlə müqavilə imzalayır və Ermənistan SSR yaradılır. Sonralar tərəflər arasında sərhədlərin müəyyənləşdirilməsi Qars və Moskva müqavilələri ilə nizama salınır.

Əgər bu müqavilələrdən hansısa biri etibarsız sayılsa, o  halda Gümrü müqaviləsi təzədən gündəmə gələcək. Lakin siyasi müşahidəçilər bunu mümkünsüz sayırlar. Onların qənaətincə, Moskva və Ankara münasibətlərin daha da kəskinləşməsində deyil, yumşalmasında maraqlıdır. Nədən ki, belə vəziyyət hər iki tərəfə ciddi ziyan vurur. Odur ki, ermənilərin Qars sənədi ilə bağlı arzusu gözündə qalacaq. 

Elə uydurma soyqırımı inkara görə Dövlət Dumasında qanunun qəbuluna bağlanan ümidlər də.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar