Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin İsrail-Azərbaycan hərbi əməkdaşlığı qorxusu


İşğalçı ölkə aprel döyüşlərində İsrail vətəndaşlarının iştirakını iddia etməklə nəyə nail olmaq istəyir; politoloq: “Məqsəd məhz Azərbaycan-İsrail münasibətlərinə zərbə vurmaqdır”


İrəvanda hələ də ötən ilin aprel döyüşlərinin ağrı-acısını unutmayıblar. 

Bunu işğalçı ölkədə həmin döyüşlərlə bağlı çox uzaqgedən nəticələrin ortaya qoyulması, sərsəm iddiaların səsləndirilməsi də təsdiqləyir.


Erməni politoloq Ara Papyan 17 avqustda keçirdiyi mətbuat konfansında iddia edib ki, aprel döyüşlərində İsrail vətəndaşlarının iştirakı beynəlxalq qalmaqaldır. Bunu deyərkən o, son zamanlar İsrailin bəzi mətbuat orqanlarında erməni lobbisinin təsiri altında yazılmış materiallara istinad edib.


Həmin yazılarda iddia olunub ki, İsrail istehsalı olan və aprel döyüşlərində Ermənistan ordusuna sarsıdıcı zərbələr endirən və düşmənin 30-dan artıq tankını məhv edən dronlar israilli mütəxəssislərin nəzarətində olub. İddialara görə, guya ki, həmin mütəxəssislər Azərbaycanın xahişi ilə bu əməliyyatda yer alıblar. Ermənilərin bildirdiyinə görə, bu barədə ilk dəfə “Maariv” qəzeti yazıb. Papyan deyib ki, bu, ciddi insidentdir və İsrail vətəndaşlarının bu hərəkətinə ölkə qanunlarına əsasən qiymət verilməlidir. Ermənilər aprel döyüşlərindən əvvəl Azərbaycandan İsrailə uçan təyyarə ilə bağlı da şübhələrini bölüşüblər və özlərindən fantazialar qurublar. İnformasiya texnologiyaları birliyinin direktoru Karen Vardanyan da bənzər iddialarla çıxış edib. Onun iddiasına görə, İsrailin aprel döyüşlərində Azərbaycan tərəfində iştirakını təsdiq edən “aydın dəlillər mövcuddur”. Guya İsrail hökuməti bu faktların üzə çıxmaması üçün Azərbaycanın pilotsuz aparatlarla bağlı sonuncu müraciətinə mənfi cavab verib.


Qeyd edək ki, Azərbaycan tərəfi bu kimi sərsəm iddiaları dəfələrlə yalanlayıb və işğalçıya sarsıdıcı zərbənin ordumuz tərəfindən vurulduğunu konkret faktlarla sübut edib. Görünür, Ermənistan bu kimi iddialarla bir tərəfdən Azərbaycan-İsrail münasibətlərini korlamağa, digər tərəfdən özünü “köməksiz” vəziyyətə göstərib himayədarlarından əlavə dəstək almağa çalışır.


Şübhəsiz ki, Ermənistan bu kimi dezinformasiyalar yaymaqla çoxgedişli kombinasiya qurur və müxtəlif istiqamətlərdə dividentlər əldə etməyə çalışır. İlk öncə bununla Ermənistan hakimiyyəti son zamanlar erməni cəmiyyətindəki ölgün, ümidsiz vəziyyəti aradan qaldırmağa, hərbi xidmətdən yayınmaların qarşısını almağa, ordudakı ruh düşkünlüyünü aradan qaldırmağa çalışır. Ötən ilin aprel döyüşlərində sarsıdıcı zərbə alan erməni ordusunun əsgərlərinin posta silah gücünə çıxarıldığını, ordudan qaçanların Kəlbəcər yolundan qaytarıldığını elə Qarabağdakı komandanlıq özü etiraf etmişdi. Erməni hakimiyyəti İsrailin adını dövriyyəyə buraxmaqla demək istəyir ki, ötən ilki müharibədə İsrail ekspertləri iştirak etdiyi halda, bundan sonra Təl-Əviv proseslərə qatılmayacaq. Necə ki, bir müddət öncə İsrail ekspertlərinin guya Azərbaycana satılan dronları işlək hala gətirməkdən və erməni postlarına istiqamətləndirməkdən imtina etdikləri barədə dezinformasiya yaymışdılar. İkinci tərəfdən erməni tərəf bununla İsraili şantaj etməyə, onu Azərbaycanla əməkdaşlıqdan çəkindirməyə çalışır. Eyni zamanda bununla İrəvan onun üçün nəfəslik rolunu oynayan İrana Azərbaycan-İsrail əməkdaşlığı barədə mesaj verməklə Tehranın Bakıya qıcıqlanmasına çalışır.
Image result for arzu nagiyev

Politoloq Arzu Nağıyev də “Yeni Müsavat”a bildirdi ki, ermənilər bu bəyanatlarla bir neçə məqsəd güdür: “Daxildəki ictimai-siyasi vəziyyətə təsir etmək üçün məhz Azərbaycan ordusunun zəifliyini göstərməyə çalışırlar və aprel döyüşlərinin İsrailin mütəxəssisləri tərəfindən aprıldığını qabartmağa çalışırlar. Hətta son günlər müxtəlif saxta sənədlər tərtib edərək öz nəzarətlərində olan medialarda nümayiş etdirirlər, burada Azərbaycan ordusunun itkilərini şişirdir və saxta rəqəmlər göstərirlər. 

Yəni ermənilər aprel döyüşlərini heç cürə həzm edə bilmirlər, çüni onlar özləri haqqında, erməni ordusu haqqında yaratdıqları mifin məhv edildiyini qəbul etsələr də, bunun Ermənistan ictimaiyyətində fikir ayrılığına gətirdiyini anlayırlar. Bunun da nə ilə nəticələnəcəyini düşünüb ehtiyatlanırlar”. A.Nağıyevə görə, burada digər məqsəd məhz Azərbaycan-İsrail münasibətlərinə zərbə vurmaqdır: “Bununla bağlı erməni lobbisi öz nəzarətlərində olan xarici kütləvi informasiya vasitələrində saxta profillərlə antiazərbaycan yazıları verirlər. Bundan başqa tərəfdaş kimi çıxış edən İran Ermənistan-İsrail münasibətinin inkişaf etməsinin əleyhinədir və bunun sorğusunu aparmalıdır. Ermənistan isə buna görə cavabdehlik daşıyacağını başa düşür və siyasi gedişlərlə öz hərəkətlərinə bəraət qazandırmağa çalışır”.

Bu arada Azərbaycan Müdafiə Nazirliyi Ermənistan xüsusi xidmət orqanlarının yaydığı dezinformasiyalara münasibət bildirib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar