Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərdən Azərbaycana qarşı şəhid təxribatı


Dünən saat 22:20 radələrində azərbaycanlı çavuşun erməni hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı Ermənistan mətbuatının yaydığı xəbərə Azərbaycan Müdafiə Nazirliyi reaksiya verib


Nazirlik “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Ermənistanın hərbi-siyasi rejiminin Azərbaycana qarşı daim iftira və yalan xəbərləri üzrə ixtisaslaşan voskanapat.info saytı və onun rəhbəri yalnız bu kimi xəbərlər yaymaqla gündəmdə qalmaq, ordumuza qarşı qara piar kampaniyasını davam etdiməklə məşğuldurlar: “Rəsmi olaraq bildiririk ki, bu kimi məlumatın heç bir əsası yoxdur və düşmən tərəfindən dövriyyəyə buraxılan bu informasiya təxribat məqsədi daşıyır. Xüsusi olaraq qeyd edirik ki, nazirliyin tabeliyində olan hərbi hissələrdə bu ad və soyadda, ümumiyyətlə, heç bir hərbi qulluqçu xidmət etməyib və hazırda da xidmət etmir.

Müdafiə Nazirliyi cəbhədə düşmən tərəfindən törədilən hər bir təxribat hadisəsi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə rəsmi internet səhifəsi vasitəsilə gündəlik xəbərlər verir.

Bir daha bildiririk ki, cari ilin iyul-avqust ayları ərzində ölü və yaralı olaraq 70-dək itki verən erməni tərəfi Silahlı Qüvvələrimizin onlara vurduğu sarsıdıcı zərbədən hələ də özlərinə gələ bilməyərək itkilərini gizlətməkdə davam edir və davamlı olaraq bu tip provokasiyalara əl atır”.

Qeyd edək ki, voskanapat.info saytının yaydığı məlumata görə, Məsimov Çingiz adlı snayperçimiz dünən saat 22:20 radələrində erməni hərbçiləri tərəfindən açılan atəş nəticəsində öldürülüb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar