Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər tərəfindən təqib olunan soydaşımızı 2 il həbs gözləyir


İlhan Aşkın: “Hollandiya Krallığının “Tərəqqi” medalını ermənilərə görə vermədilər”


Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin başqanı İlhan Aşkınla bağlı Hollandiya polisinin başlatdığı araşdırmalar yekunlaşıb və iş məhkəməyə göndərilib

. Hollandiyada saxta “erməni soyqırımı”na həsr olunan abidələrin qoyulmasına etiraz edən və Xocalı soyqırımı ilə bağlı həqiqətləri dilə gətirən soydaşımıza qarşı erməni diasporunun iddiası ilə açılan cinayət işi üzrə keçiriləcək məhkəmə şousunun da tarixi bəllidir. Belə ki, İlhan Aşkın 6 dekabr 2016-cı il tarixində mühakimə olunacaq. 30 ildir ki, Hollandiyadayada yaşayan, bu günsə həbs təhlükəsi ilə üz-üzə qalan diaspor fəalımızla elə bu barədə danışdıq: 

- İlhan bəy, məhkəmə prosesində sizi müdafiə edən vəkiliniz kimdir? 

- Əjdər Kosə müdafiə edir. O, türkdür. 

- Bəs, diasporamız sizi müdafiə edirmi? 

-Diaspora sözdə hər zaman yanımızdadır. Amma hələ ki, ortalıqda heç nə yoxdur. 

PİA.AZ bildirir ki, "Hollandiyada yaşayan diaspor təşkilatının sədri musavat.com-a ermənilərin ona qarşı açdığı məhkəmə davasından danışıb; Azərbaycan və Türkiyədən dəstək gözləyən soydaşımız başına gələnlərlə bağlı heyrətamiz faktlar deyib"

- Rəsmi Bakıdan necə, dəstək varmı? 

- Yox. 

- Amma Azərbaycan parlamentində bəzi deputatlar sizinlə bağlı çağırışlar etdilər. Milli Məclisdə sizinlə bağlı çıxışlardan sonra nə dəyişdi? 

- Yalnız Qənirə Paşayeva bir dost kimi zəng etdi. Artıq bu məsələni məclisdə də qaldırmışıq. Amma bizə hələ ki, nə düşündükləri barədə heç bir bilgi gəlmədi. 

- Siz hansı şəkildə dəstək istərdiniz? 

- Bizim istediyimiz dəstək hərtərəflidir. İstər məhkəmədə bu işi bilən hüquqşünaslar, yəni istər azərbaycanlı, istərsə də digərləri  olsun…Xocalı hadisələrini görən bir şahid kimi bir ailə də öz dəstəyini  verə bilər. Bizlər bu məhkəməni uduzsaq, artıq burada belə məsələlərin adını çəkmək yasaq olacaq və cəmiyyətlərimiz passivləşəcək. 

- İş hansı məhkəmədədir? 

- Hollandiyanın Almelo şəhər məhkəməsində. 

- Məhkəmədə sizinlə bağlı hansı cəza qərarı çıxarıla bilər? 

- 2 il həbs və ya hətta 20 min avro pul cəzası kəsilə bilər.

-İlhan bəy, bu hadisələrdən sonra Hollandiyadakı ermənilər sizə qarşı necə davranırlar? Təhlükəsizliyinizə təhdid varmı? Ehtiyat tədbirləri görürüsünüzmü?

- Son vaxtlar bir neçə dəfə gecə saatlarında mənə zəng edib ağızlarına gələn söyüşləri deyiblər. Təbii ki, artıq diqqət edirəm.

Ermənilərin basqısından dolayı artıq cəmiyyətimiz həm mənəvi, həm də maddi sıxıntılarla üzləşib. Ermənilər Hollandiya qurumlarına göstərdikləri basqılara görə dövlət dəstəyi artıq demək olar ki, kəsilib. Hətta mənə bu il Hollandiya Krallığının “Tərəqqi” medalı veriləcəkdi, onu belə vermədilər.

- Bəs, ailə-uşağınıza qarşı təzyiqlər necə, varmı? Bundan narahat deyilsiniz ki? Təhlükəsizlik üçün rəsmi müraciət edibsinizmi?

- Təbii ki, mənə qarşı edilən bu həyasızlıqlara görə ailə üzvlərimlə bağlı təhlükəsizlik tədbirləru görürəm.  Bəli, rəsmən müraciət etmişəm.

- Azərbaycandan vəkil olmasını istərdinizmi?

- Təbii ki. Məhkəmə günü Azərbaycandan  da vəkilimin gəlməsini,  prosesdə iştirakını istərdim. 

- Bəy, özünüz harada işləyirsiniz? Sizə iş yerində münasibət necədir?

- Mən 4 il bundan öncə də bu məsələ ilə üzləşıb işimdən olmuşam. 

- Harada işləyirdiniz?

- Hollandiyada bir özəl şirkətdə təşkilatçı idim. Amma sonra erməni ilə dost olan bir iş yoldaşımla bu məsələlərə görə aramız dəydi və mənim işdən uzaqlaşmağıma səbəb oldu.

- O vaxtdan işsizsiniz? Bəs, necə yaşayırsınız?

- Bəli, işsizəm. Amma xəstəliyimə görə təqaüd alıram. Mənə edilən haqsızlıqlara görə səhhətimdə ciddi problemlər yarandı. Ona görə də təqaüdə çıxmalı oldum.

- Yəqin uşaqlarınız böyükdür, eləmi?

- Bəli. Böyük oğlum 29, qızım 21, kiçik oğlum 14 yaşındadır. 

- Uşaqlardan işləyən varmı?

- Böyük oğlum artıq ailə qurub. O, işləyir.

-Söhbətimizin sonunda daha nələri deyə bilərsiniz? Azərbaycandan istəkləriniz nədir? 

- Bu məsələyə ciddi və rəsmi yanaşmaq, Azərbaycandan, lazım olsa, Türkiyədən hüquqçular gətirdərək işi ciddiyi aldığımızı göstərmək və Niderland Məhkəməsinin əleyhimə verə biləcək qərarının qarşısını almaq əsas niyyətimizdır. Dediyim kimi, bu məsələ bütün cəmiyyətlərimizin var olma və ya yox olma məsələsidir. Sizə səmimiyyətlə ifadə edim ki, bu məsələdə mən Azərbaycan tərəfindən heç nə görmədim. İndiyə qədər heç bir rəsmi qurum bizim üçün nələr edə biləcəyini söyləmədi. Bu vəziyyət gələcəkdə burda fəaliyyət göstərəcək insanları da qorxudacaq. Bunu nəzərə almağınızı xahiş edirəm.

Bütün bu yükü yalnız dərnək üzvlərimizin köməyi ilə daşımaq artıq qeyri-mümkün hala gəlib. Bu mövzuya Azərbaycan müdaxilə etməli və Den Haaq kimi əhəmiyyətli bir mərkəzdə  Azərbaycan Mədəniyyət Evi qurulmasına kömək etməlidir. Çünki biz nə qədər bu çətinliklərə hələlik dayansaq da, gələcəkdə gənclərin bu çətinliklərə dayanmayacağı və bu işlərdən uzaq duracağı bəllidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar