Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər informasiya savaşında fəallaşıblar


Son günlərdə ermənilər Azərbaycana qarşı informasiya müharibəsini genişləndiriblər


Xarici ölkə mətbuatlarında erməni lobbisinin əli ilə ölkəmiz əleyhinə dezinformasiyalar yayılmaqdadır.

 İş o yerə çatıb ki, ermənilər yalandan müxtəlif mətbu orqanların adlarını çəkərək, orada Azərbaycanla bağlı xəbərlərin getdiyini uydururlar.


Bütün bunlarla bağlı politoloq Elxan Şahinoğlu öz facebook səhifəsində status paylaşaraq, ermənilərin bu hiyləgər addımlarının qarşısını almağın vacibliyini qeyd edib. Həmin statusu təqdim edirik:

Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı informasiya müharibəsində son 10 gündəki 5 təxribatını bir-bir sıralayıram:

1.İsrailin məşhur “Haarets” qəzetinin saytında prezident İlham Əliyev və onun ailəsinin əleyhinə yazı yayımlandı (yazı və sayt saxta çıxdı);

2. Yenə həmin “Haarets” qəzetində yayımlanan növbəti məqalədə Azərbaycan Müdafiə Nazirliyinin İsrailin silah satan şirkətini satdığı silahları erməni separatçılarına qarşı istifadəyə məcbur edilməsinə dair yazı yayımlandı (yazıdakı faktlar elə İsrail tərəfindən təkzib edildi);

3. AzərbaycanErmənistan prezidentləri guya sentyabr ayında BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcəklər (Azərbaycan prezidenti bu sessiyada iştirak etməyəcək, bu xəbərin yayılmasının məqsədi budur - guya rəsmi Bakı danışıqlardan yayınır);

4. Azərbaycanın baş qərargah rəisi Nəcməddin Sadıqovun imzası ilə aprel savaşında həlak olan döyüşçülərimizin dəfələrlə şişirdilmiş sayını göstərən sənədi yaydılar (sənədin saxta olduğu orfoqrafik səhvlərdən bəlli olur, ancaq bunu biz bilirik, xəbərin yayıldığı başqa ölkələrin informasiya məkanlarında isə imzanın saxtalaşdırılmasından bixəbərdirlər);

5. Ermənistanın baş naziri Karen Karapetyan işğal altındakı Kəlbəcərdə mineral su istehsal edən zavodun açılışında iştirak etdi (həmin zavodun məhz Kəlbəcərdə açıldığı qeyri-müəyyən qaldı, hər halda əsəblərimizi gərən xəbərdir).

Bu kütləvi dezinformasiya hücumunun qarşısını necə aldıq? Və ya bunun qarşılığında biz Ermənistanın informasiya məkanına hansı xəbəri ötürdük ki, onlar da əsəb gərginliyi keçirsinlər".

Həyəcan təbili çalan politoloq “Yeni Müsavat”da fikirlərinə bəzi əlavələr etdi: “O statusu yazmağıma səbəb odur ki, ermənilər durmadan bizə qarşı informasiya müharibəsini genişləndirirlər. Bunun üçün müxtəlif dövlətlərdən istifadə edirlər. Son günlər onlar daha da aktivləşiblər. Bu məsələni diqqətdə saxlamağımız çox vacibdir. Onların dezinformasiyalarına dərhal reaksiya verilməli, yalanlanmalıdır. Artıq Müdafiə Nazirliyinin açıqlaması oldu. Biz bilirik bu xəbərlər saxtadır, Nəcməddin Sadıqovun imzasını saxtalaşdırıblar. Amma bunu ancaq biz bilirik. Bu xəbəri özlərinə yaxın Rusiya İnformasiya Agentliyində yayıblar. Yəni Rusiyada buna inana da bilərlər. Müdafiə Nazirliyinin reaksiyası çox yaxşıdır, yerindədir. Amma vacibdir ki, o reaksiyanı rus dilinə çevirək və ilk olaraq bu xəbəri yayan informasiya mənbəyinə göndərilsin. Belə xəbərlərə dərhal reaksiya verilməlidir ki, erməni dezinformasiyaları şayiə şəklini almasın, yalan ayaq tutub yeriməsin. Belə məsələlərdə çox təəssüf ki, gecikirik. Ermənilərin baş naziri məzuniyyətini işğal altında olan Azərbaycan ərazisində keçirir. Buna dərhal reaksiya verilməli idi. Bilmirəm nə dərəcədə doğrudur, amma belə xəbərlər yayılıb ki, erməni nazir gedib Kəlbəcərdə mineral zavodun açılışını edir. Onu araşdırmaq lazımdır. Əgər bu faktlar təsdiqlənərsə, Xarici İşlər Nazirliyi bəyanat da verə bilər. Belə addımlar vaxtında atılmalıdır ki, qarşı tərəf etdiyi hərəkətlərə diqqət etsin, belə dezinformasiyalar da internet məkanına yayılmasın”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar