Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Sərsəng su anbarını işə salır?


Azərbaycan üçün erməni təhlükəsi

 Ermənistan Azərbaycana məxsus Sərsəng su anbarı ilə bağlı layihə hazırlayıb.

 “Armvodproyekt” şirkətinin rəhbəri Yuri Cavadyan açıqlama verib 

O. bildirib ki, Dağlıq Qarabağda əkin sahələrinin suvarılması üçün Sərsəng su anbarından istifadə edilməsinə başlanacaq.
Onun sözlərinə görə, bununla bağlı xüsusi layihə hazırlanıb və yaxın gələcəkdə layihənin icrasına başlanacaq. Ermənistan tərəfi qəzalı vəziyyətə düşmüş Sərsəng su anbarını texniki cəhətdən normal vəziyyətə gətirmək üçün heç bir iş görmür. Texniki cəhətdən yararsız su anbarının istismarı isə böyük fəsadlara gətirib çıxara bilər. 

Qeyd edək ki, “Sərsəng” su anbarı 1976-cı ildə Tərtər çayı üzərində inşa edilib. Sərsəng su anbarı Azərbaycanda bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. Sərsəng su anbarı hazırda Tərtər rayonunun erməni işğalında olan keçmiş Ağdərə rayonu ərazisində qalıb və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, YevlaxAğcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Hazırda su anbarına və onun qurğularına 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir.
(anspress)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar