Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni oliqarxlar Kuznetsovdan şikayət etdi - “Ay azərbaycanlılar, niyə can çəkirsiniz?”

Bu gün qafqazşünas alim Oleq Kuznetsov Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən ilkin istintaqa çağırılıb


BakuPost.az xəbər verir ki, o, bir neçə saat ərzində istintaqçıların suallarını cavablandırıb. 

"Bu gün istintaqın topladığı sənədlərlə tanış oldum. Bizə o sənədlərin şəklini çəkməyə də icazə verdilər. İş ondadır ki, "XX əsrdə ermənilərin transmilli terrorlarının tarixi” adlı kitabım bu il artıq Almaniyada 100 min tirajla alman və ingilis dillərində çap olunaraq, ilin bestselleri olub”, - deyə Kuznetsov istintaq barədə deyin.

Oleq Kuznetsovun vəkili  Qismət Teymuroviç də açıqlama verib: "Bir neçə erməni Rusiya Federasiya İstintaq İdarəsinə şikayət edərək Oleq Kuznetsovu milli münaqişə yaratmaqda günahkar bildiklərini yazıblar. Maraqlı odur ki, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasında bu şikayətə 2016-cı ildə baxılıb və general Rəşid Nurqaliyev rəy verib ki,  adı çəkilən kitabda heç bir münaqişə və ya ekstremizm cəhdlərinin olması haqqında söhbət getmir. Kitabda tarixi faktların yer aldığı  ekspertlər şurası tərəfindən də təsdiq olunub. Bununla kifayətlənməyən  Moskvada yaşayan şirkət sahibi, lobbiçilik edən ermənilər yenidən şikayət ediblər, onların bu dəfəki şikayətlərinin əsası isə ondan ibarətdir ki, transmilli erməni şirkətləri öz nüfuzlarını itirir, onların iş nüfuzları aşağı düşür. Bunun da səbəbi Avropada kitabın 100 min tirajla çap olunmasıdır. İstintaq Komitəsi kitabdakı sənədləri yenə də yoxlamağa başlayıb... Qoy yoxlasınlar...”

Məni isə kədərləndirən o oldu ki, Oleq Kuznetsovun istintaqa çağırıldığı binanın qarşısında məşhur azərbaycanlı Fuad Abbasov və onun bir-iki dostu gəlmişdi. Bizim lobbiçiliyimizi təbliğ edən, həqiqətlərimizi dünyaya yayan Oleq Kuznetsovun yanında bu gün Rusiya azərbaycanlıları, biznesmenləri, soydaşlarımızı görmədik. Ermənilərin milyonçuları bizə qarşı yenə vuruşur. Siz harada yatmısınız? Nədən və kimdən qorxursunuz? Ancaq restoranlarda bahalı müğənnilər oynatmaqdan başqa əlinizdən nə gəlir? Niyə lobbiçilik etməyə can cəkirsiniz? Oleq Kuznetsovun arxasında dayanmaq Milyarderlər İttifaqının da, məktəblinin də borcudur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar