Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni mayorun etirafı


“Biz Qarabağdan çıxan kimi Bakı qələbəsini elan edəcək”


Qarabağ danışıqları Azərbaycanın xeyrinə olan sıfır variantda həllə doğru aparır. 

Bu barədə ABŞ-ın Massaçusets Universitetinin professoru, ABŞ ordusunun ehtiyatda olan mayoru Maykl Mensoyan ABŞ mətbuatında yeni dərc edilmiş məqaləsində bildirir. 

Müəllif daha sonra davam edir ki, danışıqların parametrlərini müəyyən edən Madrid prinsipləri ilk başdan Ermənistanın əleyhinə yönəlib və Dağlıq Qarabağın müstəqillik elan etməsinə imkan vermir. “Danışıqlara nəzarət edən Minsk qrupunun tərkibindəki təmsilçilərinin vasitəsi ilə ABŞAvropa Birliyi tərəfindən dəstəklənən bu prinsiplər Azərbaycanın iradlarına yüksək önəm verərək vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub”.

Məqalə müəllifi münaqişənin sülh yolu ilə həllinin Azərbaycanın xeyrinə olacağını bildirir: “1991-ci il sərhədlərinə qaytaran bu həll Azərbaycanın xeyrinədir, onun ərazi bütövlüyünün bərpa edilməsi üzrə tələblərini dəstəkləyir. Bizim silahlı qüvvələrimiz Dağlıq Qarabağdan çıxan kimi, onlar qeyri-effektiv beynəlxalq sülh qüvvələri ilə əvəz ediləcək. Həmin an İlham Əliyev qələbəsini elan edib işğal edilmiş əraziləri öz nəzarətinə qaytardığını bəyan edə bilər.Təəssüf ki, bizi sıfır variantı həlli gözləyir: Azərbaycan öz ərazisini bərpa edir, Qarabağ erməniləri müstəqillikdən əl üzürlər”. 

Onun fikrincə, Madrid prinsipləri çərçivəsində nəzərdə tutulan səsvermə heç zaman Dağlıq Qarabağın müstəqil olmasına imkan verməyəcək: “Səsvermənin mexanizmi keçirilənə kimi azərbaycanlı köçkünlər hökumətin maliyyələşdirdiyi proqramlarla regiona qaytarılacaq, referundum keçirilənə kimi ermənilər küncə sıxışdırılacaq. Təəssüf ki, Ermənistanın siyasi və iqtisadi hakimiyyəti buna təsir etmək üçün çox məhduddur”. (ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar