Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni həmsədr Vətəndaş Sülh Platformasından qovuldu


Novella Cəfəroğlu: “İsaxanyan əvvəl dediklərini bir müddət sonra danıb əksini deyirsə, biz nə edək?”


Dekabrın 25-də Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin iclası keçirilib. Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vətəndaş Sülh Platformasının həmsədri Rövşən Rzayev gündəlikdə olan məsələləri təqdim  edib.

Gündəlikdə duran ilk məsələ-Vətəndaş Sülh Platforması Katibliyinin rəhbərinin dəyişdirilməsi olub. Katibliyinin koordinatoru Orxan Nəbiyev  xaricdə təhsilini davam etdirməsi səbəbindən onun bu vəzifədən azad olunması, lakin Vətəndaş Sülh Platformasının “Ekspertlər Şurası”na üzv olması haqqında xahişi müzakirə edilib. Vətəndaş Sülh Platformasının katibliyinin koordinatoru vəzifəsinə D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin əməkdaşı Dilarə Əfəndiyevanın namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra İdarə Heyəti Orxan Nəbiyevin Katibliyin koordinatoru vəzifəsindən azad olunması və Platformanın Ekspertlər Şurasının üzvü, Dilarə Əfəndiyevanın isə Vətəndaş Sülh Platformasının Katibliyinin koordinatoru vəzifəsinə təyin olunması haqqında qərar qəbul edib.

Daha sonra gündəlikdə duran ikinci məsələ-Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının erməni həmsədri Rafael İsaxanyanın oktyabrın 30-da  Tiflisdə keçirilən təsis qurultayında qəbul edilmiş Nizamnaməyə təklif etdiyi əlavə və dəyişiklikləri və onun həmsədr olduğu müddətdə Vətəndaş Sülh Platformasının prinsiplərinə zidd hərəkətləri İdarə Heyətində geniş müzakirə edilib. Müzakirə zamanı bildirilib ki, nizamnamənin 6.5-ci maddəsinə əsasən əlavə və dəyişikliklər yalnız Vətəndaş Sülh Platformasının Qurultayı tərəfindən edilə bilər. Həmçinin qeyd olunub ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının  üzvü nizamnamənin 5.10-cu maddəsinə uyğun olaraq Vətəndaş Sülh Platformasının adına, məqsədlərinə və prinsiplərinə zidd hərəkətə yol verdikdə onun üzvlüyünə xitam verilir.

Platformanın həmsədri Rövşən Rzayev İsaxanyanın nizamnamənin qeyd olunan bəndini pozduğuna görə onun üzvlüyünə xitam verilməsi məsələsinə İdarə Heyətinin münasibət bildirməsini xahiş edib. Yaranmış vəziyyət və təqdim olunmuş faktlar ətraflı müzakirə edilib və Rafael İsaxanyan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri və  Vətəndaş Sülh Platformasının üzvlüyündən xaric edilib.

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin yeni həmsədri vəzifəsinə İdarə Heyətinin üzvü Artur Ağacanovun namizədliyi təklif olunub. A. Ağacanovun namizədliyi müzakirə edilib və o, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri seçilib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı facebookda səhifəsində qeyd edib ki, Sülh Platformasındakı daha bir erməninin-İsaxanyanın Azərbaycan əleyhinə hərəkəti artıq hər şeyi deyir: “Bizim dediklərimiz bir daha özünü doğrultdu. ”Sülh Platforması"nın erməni həmsədri Rafael İsaxanyan televiziyada çıxış edərək bildirib ki, onu guya azərbaycanlılar aldadıb platformaya qoşublar, hələ bir sədr də seçiblər. Azərbaycanın ünvanına da ağzına gələni danışıb və xüsusi olaraq vurğulayıb ki, azərbaycanlılar Dağlıq Qarabağ adında yeri unutsunlar, ora artıq onların deyil. Bizimkilər də onu dərhal iclas çağırıb xaric eləyiblər, yəni atasına od vurublar. Yerinə də Ukraynada yaşayan Artur Ağacanov adında birisini seçiblər. Bu Artur deyir ki, mən erməni deyiləm, albanam, bərk vuranda deyir ki, ümumiyyətlə, azərbaycanlıyam. Bütün bu biabırçılıqdan sonra, görəsən, bu “sülh platforması”nı yenə də davam etdirəcəklər?"

Novella Cəfəroğlu isə “Yeni Müsavat”a bildirib ki, Rafael İsaxanyan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasına qoşulmaq üçün özü müraciət edibmiş: “Biz haradan biləydik ki, o, bir müddət sonra Sülh Platformasının nizamnamə tələbini pozan mövqe sərgiləyəcək. Bu cür davranış nümayiş etdirdi və İdarə Heyəti də üzərinə düşəni edərək onu üzvlükdən xaric etdi. İsaxanyan iş adamıdır. Məncə, ona Ermənistan hakimiyyəti tərəfindən təsir və təzyiqlər olub. İsaxanyan Azərbaycana 2003-cü ildən əvvəl gəlib-gedib. Sülh Platformasına üzv olduqdan sonrakı dövrdə İsaxanyan Azərbaycana gəlməyib. Özləri gəlir, biz onları məcbur gətirməmişik. Nizamnamədə Azərbaycanın ərazi bütövlüyünə toxunmamaq yazılıb. Kim onu qəbul edir Sülh Platformasına qəbul edilir, qəbul eləməyən və ya nizamnamənin o tələbini pozanlar isə üzvlükdən xaric ediləcək. Martirosyan və ya İsaxanyan əvvəl dediklərini bir müddət sonra danıb əksini deyirlərsə, biz nə edək. Onlara ölkələrindən təzyiq edilir, biz o təzyiqlərin qarşısını ala bilmərik axı. Akif Nağıya isə cavabım budur ki, mən sülh tərəfdarıyam. İstəyirəm ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edək. Mən Azərbaycanın ərazi bütövlüyünü istəyirəm. Biz beynəlxalq təşkilatlara, dünyaya sübut etməliyik ki, biz sülh istəyirik. Ermənistan hakimiyyəti sülh istəyən vətəndaşlarına qarşı təzyiqlər edirsə, bu bir daha onun nümayişi olacaq ki, Ermənistan dövləti sülh istəmir. Akif Nağı ermənilərin Kəlbəcərdə zavod tikməsi barədə yazsın. Yazsın ki, niyə dünya birliyi, BMT, böyük dövlətlər Ermənistanın bütün beynəlxalq normaları ayaq altına almasına münasibət bildirmir. Akif Nağıya mən deyirəm ki, sən niyə müharibə istəyirsən?! Heç vaxt deməmişəm. Akif Nağı müharibə istəyir, mən sülh istəyirəm. Sülhü istəyirəm ki, gənclərimiz qurban getməsin".

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması 30 oktyabr 2017-ci ildə Gürcüstanın paytaxtı Tiflisdə keçirilən birinci qurultayda təsis edilib. Qurultayda 19 nəfərdən ibarət idarə heyəti, 29 nəfərdən ibarət Ekspertlər Şurası və digər seçkili orqanları formalaşıb. Qurultay “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın İdarə Heyəti üzvlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına vasitəçilik edən ATƏT-in Minsk Qrupuna üzv ölkələrin təmsilçilərindən formalaşması və tərkibin 19 nəfərdən ibarət olması haqqında qərar qəbul edib. Ümumi razılaşmaya əsasən, 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar